Pezeşkian Moskvaya səfər edəcək
24 Oktyabr 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
313
11.08.2026, 11:08
Ermənistan parlamentinin “Ermənistan” fraksiyasının katibi Artur Xaçatryanın regionda nəqliyyat kommunikasiyalarının açılması və Bakının “yazılı zəmanət” verməməsi ilə bağlı iddiaları növbəti müzakirələrə yol açıb. Erməni deputat TRIPP çərçivəsində tərəflər üçün bərabər şərtlərin təmin olunmadığını və Ermənistan məhsullarının Azərbaycandan keçidi məsələsində eyni imkanların yaradılmadığını iddia edir. Lakin İrəvan müxalifətinin bu cür çıxışlarının regionda sülh və nəqliyyat dəhlizlərinin açılması prosesinə nə dərəcədə mane ola biləcəyi ciddi suallar doğurur. Ekspertlər vurğulayırlar ki, İrəvandakı revanşist dairələr bu mövzudan daha çox daxili siyasi mübarizədə təzyiq rıçaqı kimi istifadə etməyə çalışırlar. Azərbaycanın üzərinə əlavə yazılı öhdəliklərin qoyulması tələbi isə heç bir hüquqi və tarixi əsasa söykənmir. Mövcud beynəlxalq razılaşmalar və sülh gündəliyi fonunda bu tipli iddiaların layihənin gələcəyinə ciddi təhlükə yaratmayacağı bildirilir.
Məsələni Oxu24.com-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanda Zəngəzur dəhlizi və kommunikasiyaların açılması ilə bağlı zaman-zaman fərqli fikir və iddiaların səsləndirilməsi adi hala çevrilib:
“Bu məsələ Ermənistanda daha çox daxili siyasi mübarizə elementi olduğu üçün belə bəyanatlara çox ciddi fikir vermək lazımdır. 'Ermənistan' fraksiyası və digər revanşist qüvvələr bu mövzudan istifadə edərək Nikol Paşinyan hakimiyyətinə təzyiq göstərməyə çalışırlar”.
Politoloq qeyd edib ki, onların 'Azərbaycan hər hansı güman edilən yazılı öhdəliklər götürməlidir' kimi iddialarının heç bir əsası yoxdur:
“Zamanında Zəngəzur ərazisi Azərbaycandan alınaraq Ermənistana verilib və Naxçıvan faktiki olaraq anklav, blokada vəziyyətinə düşüb. Bu baxımdan həm 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına, həm də 2025-ci il 8 avqust tarixində Vaşinqtonda əldə olunmuş razılaşmaya əsasən, bu kommunikasiya xəttinin açılması Azərbaycanın Naxçıvanla birbaşa əlaqələrinin bərpası ilə bağlıdır. Ermənistan da bununla bağlı üzərinə müvafiq öhdəliklər götürüb”.
Politoloq vurğulayıb ki, Azərbaycan kommunikasiyalarından istifadə məsələsində Ermənistan üçün heç bir problem yoxdur və qarşılıqlı faydalılıq prinsipi tam qorunur:
“Ermənistan bu kommunikasiya xətlərindən və dəmir yolundan istifadə edərək dünya pazarlarına çıxa bilər. İrəvan bu yollar vasitəsilə həm İran, həm Mərkəzi Asiya, həm Rusiya, həm də Çinə öz mallarını və yüklərini daşımaq imkanı əldə edir”.
Oqtay Qasımov sonda erməni müxalifətinin bu tipli bəyanatlarının gedən prosesə ciddi mənfi təsir göstərəcəyini və ya maneə yaradacağını düşünmədiyini əlavə edib. O bildirib ki, bir neçə gün öncə Azərbaycan, ABŞ və Ermənistan tərəfindən birgə yayılan bəyanatda da bu məsələlərə xüsusi vurğu edilib və 2025-ci il 8 avqust tarixli öhdəliklərə sadiqlik bir daha təsdiqlənib.
Çimnaz Telmanqızı
23:16 / 24 Oktyabr 2026
156
22:52 / 24 Oktyabr 2026
120
22:34 / 24 Oktyabr 2026
113
22:14 / 24 Oktyabr 2026
89
22:05 / 24 Oktyabr 2026
292
21:42 / 24 Oktyabr 2026
1888
21:28 / 24 Oktyabr 2026
96
21:12 / 24 Oktyabr 2026
95
21:07 / 24 Oktyabr 2026
95
20:52 / 24 Oktyabr 2026
93
20:34 / 24 Oktyabr 2026
98
20:31 / 24 Oktyabr 2026
968
20:12 / 24 Oktyabr 2026
105
20:05 / 24 Oktyabr 2026
108
19:55 / 24 Oktyabr 2026
100
19:40 / 24 Oktyabr 2026
99
19:09 / 24 Oktyabr 2026
136
18:55 / 24 Oktyabr 2026
94
18:40 / 24 Oktyabr 2026
111
18:27 / 24 Oktyabr 2026
104
18:20 / 24 Oktyabr 2026
446
18:13 / 24 Oktyabr 2026
681
18:07 / 24 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.