Pezeşkian Moskvaya səfər edəcək
24 Oktyabr 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
295
10.08.2026, 13:16
Əlvida, Çingiz!
Vətəndən kənardayam. Bu gecə səhərə yaxın yuxuda gördüm ki, Azərbaycan Milli Dram Teatrında Məmməd Arazın xatirə gecəsinə toplaşmışıq. Təlaşla məni axtarırlar:
— Gəl, gəl, indi sən danışacaqsan.
Səhnə arxasına keçəndə gənclik dostum Çingiz Əlioğlunun səsini eşidirəm. Sap-sağlam, uca boyuyla dayanıb mikrofonun qarşısında və çoxdan eşitmək arzusunda olduğum gur, cavanlıq səsiylə danışır.
“Gör, nə xoşbəxtlikdir”, — deyirəm, — “Çingiz sağalıb və hətta bu gecədə çıxış edir”.
Yana çevriləndə məni görür, gülümsəyir. Nə dediyini eşitmirəm, amma birdən-birə çox da hündür olmayan, sinədən gələn səslə çoxdan eşitmədiyim həzin bir mahnımızı oxumağa başlayır. Salondan alqış yüksəlir.
Çingiz Qarabağlıdır, səsi gözəl idi və biz üç dost hərdən baş-başa verib qədim xalq mahnılarımızı oxuyurduq. Ancaq Çingizin tək oxuduğu yadıma gəlmir.
Bu mahnını dinləyə-dinləyə ayılıram. Yuxu danışmaq xasiyyətim yoxdur, amma nədənsə səhər yeməyi vaxtı səhərə yaxın gördüyüm yuxunu masadakı yoldaşlarıma danışıram:
“Ürəyim narahatdır, yəqin, nə isə olub”, — deyirəm.
Gündüz saat 3-də Seyran Səxavət zəng vurur:
— Çingizi haradan götürəcəklər?
Və mən altmış illik əziz dostumun, görkəmli şairimizin vəfatından xəbər tuturam — Vətəndən çox uzaqda.
Sən demə, o da səhərə yaxın bir nəğmə kimi uçub gedib…
Çingiz Əlioğlu ilk şeirini 1967-ci ildə çap etdirmişdi. Ciddi yaradıcılıq yolu böyük şairimiz Rəsul Rzanın xeyir-duası ilə başlanmışdı. Şeirləri öz üslubu, ifadə tərzi ilə seçilirdi və buna görə də ötən əsrin axırı və bu əsrin əvvəllərində şerimizin xorunda onun orijinal, təravətli, gur poetik səsi aydın eşidilirdi. Gənclər kitablarını sevə-sevə oxuyurdular.
Bütün ömrünü kitab nəşri işinə sərf etdi: “Gənclik” nəşriyyatında, “Azərnəşr”də, Mətbuat və İnformasiya Nazirliyində, xəstələnməzdən əvvəl isə Mədəniyyət Nazirliyində çalışdı. Azərbaycanın Əməkdar Mədəniyyət xadimi idi.
Ömrümüzün böyük bir hissəsini, demək olar, hər gün bir-birimizdən xəbər tutaraq yaşamışdıq. Çox sevdiyi Qarabağın azad torpaqlarında gəzə bilmədi. Amma mən hər səfərimdən sonra sevincimi onunla bölüşürdüm.
Xatirələrimiz bir kitaba sığmaz.
Bənzərsiz, gözəl bir insan idi.
Ruhun şad olsun, əziz dost.
Əlvida, Çingiz!
Sabir Rüstəmxanlı
23:16 / 24 Oktyabr 2026
130
22:52 / 24 Oktyabr 2026
98
22:34 / 24 Oktyabr 2026
94
22:14 / 24 Oktyabr 2026
80
22:05 / 24 Oktyabr 2026
259
21:42 / 24 Oktyabr 2026
1530
21:28 / 24 Oktyabr 2026
87
21:12 / 24 Oktyabr 2026
92
21:07 / 24 Oktyabr 2026
88
20:52 / 24 Oktyabr 2026
87
20:34 / 24 Oktyabr 2026
92
20:31 / 24 Oktyabr 2026
874
20:12 / 24 Oktyabr 2026
98
20:05 / 24 Oktyabr 2026
99
19:55 / 24 Oktyabr 2026
91
19:40 / 24 Oktyabr 2026
94
19:09 / 24 Oktyabr 2026
130
18:55 / 24 Oktyabr 2026
89
18:40 / 24 Oktyabr 2026
104
18:27 / 24 Oktyabr 2026
100
18:20 / 24 Oktyabr 2026
400
18:13 / 24 Oktyabr 2026
575
18:07 / 24 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.