Pezeşkian Moskvaya səfər edəcək
24 Oktyabr 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1252
10.08.2026, 12:37
Götürək Gürcüstan cəmiyyətini. Öncələr bu cəmiyyətdə bizi ən çox düşündürən təhsil məsələsi idi. Hədəfimiz təqribən belə idi: Məktəblər bağlanmasın, Azərbaycan dilində tədris azaldılmasın, müəllimlər yaxşı maaşla təmin olunsun, Gürcüstanda azərbaycanlıların vətəndaş cəmiyyətlərində, siyasətdə aktivliyi artırılsın.
Bunu millət vəkili Fazil Mustafa bildirib.
"Gürcüstan rəsmiləri də qarşımıza öz qanunlarına uyğun bir daşı itələdilər: Gürcü dilini yaxşı mənimsəmiş azərbaycanlılar dövlət qurumlarında ən üst təmsilçilik də daxil, xeyli imtiyazlar qazana bilərlər. Ləng də olsa bu istiqamətə səfərbər olduğumuzda ölkənin sosioloqları soydaşlarımızın dini duyğularını ciddi təhlil edərək ölkəni İran mollalarının üzünə açdılar və şərait yaratdılar ki, bu duyğular üzərindən azərbaycanlıları təhsil hədəfindən yayındırıb kütləvi şəkildə ziyarətlər yolçuluğuna yönəltsinlər. Həmin ölkədən gələn sosial fondlar vasitəsilə yoxsul insanlara xeyli yardımların paylanmasına şərait yaratdılar. Hər dini mərasimin önünə də mollalarla yanaşı bir keşiş qoyub onu legitimləşdirməyə başladılar. Artıq məktəb ideyası ətrafında deyil, kənardan idarə olunan məscid icması üzərindən kütləyə təsir göstərməyə başladılar. Bu təbii ki, sağlam düşüncəli azərbaycanlıları tora sala bilməzdilər, ancaq əhəmiyyətli sayda insanımız öz milli ideallarından uzaqlaşmış duruma düşdü. İndi gürcü seqmenti içində gürcü dilini mənimsəyərək onunla dövlət qulluğunda, ictimai-siyasi həyatda təmsilçilikdə rəqabət apara biləcək, Gürcüstan vətəndaşı kimi bu dövlətin tərəqqisinə, eyni zamanda Azərbaycan Respublikası üçün də dostluğun möhkəmlənməsinin bazasına çevriləcək sağlam dünyagörüşlü qüvvənin zəifləməsi göz qabağındadır. Mən bunu gürcü siyasətçilərindən daha çox, sosioloqlarının uğuru hesab edirəm. Bir millətin ki, yaşadığı ölkədə milli hədəfləri dəyişdi, onu yenidən doğru ideallara qaytarmaq hətta ən sərt dövlət siyasəti ilə də mümkün olmur",-deyə o bildirib.
23:16 / 24 Oktyabr 2026
123
22:52 / 24 Oktyabr 2026
95
22:34 / 24 Oktyabr 2026
88
22:14 / 24 Oktyabr 2026
79
22:05 / 24 Oktyabr 2026
258
21:42 / 24 Oktyabr 2026
1464
21:28 / 24 Oktyabr 2026
85
21:12 / 24 Oktyabr 2026
91
21:07 / 24 Oktyabr 2026
87
20:52 / 24 Oktyabr 2026
86
20:34 / 24 Oktyabr 2026
91
20:31 / 24 Oktyabr 2026
861
20:12 / 24 Oktyabr 2026
98
20:05 / 24 Oktyabr 2026
99
19:55 / 24 Oktyabr 2026
91
19:40 / 24 Oktyabr 2026
94
19:09 / 24 Oktyabr 2026
126
18:55 / 24 Oktyabr 2026
89
18:40 / 24 Oktyabr 2026
104
18:27 / 24 Oktyabr 2026
99
18:20 / 24 Oktyabr 2026
388
18:13 / 24 Oktyabr 2026
563
18:07 / 24 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.