Rusiya bu ticarət mərkəzinə zərbə endirib
21 Avqust 2026, 22:11
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1130
10.08.2026, 11:57
Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə görüşünün oktyabrın 29-da Ankarada keçirilməsi planlaşdırılır. Mühüm tədbirin Türkiyə Cümhuriyyətinin yarandığı günə təsadüf etməsi toplantıya xüsusi rəmzi məna və tarixi çəki qazandırır. Gündəmdə duran ana məsələlərdən biri üzv ölkələrin vətəndaşlarının xarici pasporta ehtiyac olmadan, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər etməsini təmin edəcək mexanizmlərin hazırlanmasıdır. Bu təşəbbüs həyata keçəcəyi təqdirdə türk dövlətləri arasında sərbəst hərəkət imkanları maksimum dərəcədə sadələşəcək və inteqrasiya prosesləri keyfiyyətcə yeni səviyyəyə qalxacaq. Eyni zamanda, yeni sistem regional ticarət, turizm, iqtisadiyyat və insanlararası münasibətlərin inkişafına güclü təkan verməklə yanaşı, ümumi təhlükəsizlik mühitini də möhkəmləndirəcək.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, TDT dövlət başçılarının 29 oktyabr tarixində Ankarada toplanması böyük rəmzi məna daşıyır:
"103 il öncə əski Osmanlı imperiyasının qalıqları üzərində tarixin ən qüdrətli sərkərdələrindən biri Mustafa Kamal Atatürk tərəfindən yaradılmış Türkiyə Respublikası bütün dünya tərəfindən rəsmən tanınan və uzun onilliklər boyu dünyanın siyasi xəritəsində müstəqil dövlət kimi yer alan yeganə türk dövləti olub. Bu gün de-fakto 7 türk dövləti mövcuddur və onlardan altısı BMT-nin üzvü olaraq bütün dünya tərəfindən tanınan müstəqil dövlətçiliyinə malikdir. Altı müstəqil türk dövlətinin başçılarının Ankara görüşündə müzakirə etməli olduğu çox məsələlər var”.
Deputat qeyd edib ki, qlobal böhranların artdığı və hərbi qarşıdurmaların şiddətləndiyi bir dövrdə regional sülhü və təhlükəsizliyi təmin etmək ciddi çağırışdır:
"Hazırda beynəlxalq siyasətdə baş verən prioritetlərin dəyişməsi fonunda hər bir dövlət kənar destruktiv təsirlərdən qorunmaq və öz təhlükəsizliyini təmin etmək haqqında daha çox düşünür. Belə bir vəziyyətdə türk dövlətlərinin də atmalı olduqları zəruri addımlar var. Ankara Zirvə Toplantısında müzakirə olunacaq türk dövlətləri arasında sərbəst hərəkətin təmin olunması da belə vacib addımlardan biridir. Əslində TDT-nin mövcudluğu özü bütöv türk geopolitik regionunda insanların, əmtəə və valyutanın sərbəst hərəkətini şərtləndirir. Təşkilatın əhatə etdiyi bütün ölkələrin ərazisi vahid iqtisadi məkana çevrilməlidir. Bu tez və ya gec baş verəcək. Amma dünya nizamında baş verən sürətli transformasiyanı nəzərə alaraq bu kimi qərarların da mümkün qədər tez verilməsi daha faydalı olar".
Cavanşir Feyziyevin sözlərinə görə, bu addımların atılacağı halda bütün türk ölkələrinin ərazisində iqtisadiyyat, ticarət, turizm və mədəni-humanitar sahələrdə güclü inkişaf tempi müşahidə olunacaq:
"Belə inteqrativ proseslər hər bir türk dövlətinin təhlükəsizliyini də gücləndirmiş olacaq və qlobal sistemdə baş verən dağıdıcı proseslərin təsirindən daha yaxşı qorunmaq mümkün olacaq. Məlum həqiqətdir ki, güc birlikdədir. Türk ölkələrinin vahid siyasi, iqtisadi-ticari və mədəni platformada birləşməsi üçün atılacaq bütün addımlar ayrı-ayrılıqda və bütövlükdə hər bir türk dövlətinin gücünü artırır, beynəlxalq siyasətdə öz çəkisi və rolu olan türk dünyasını formalaşdırır. Bizim gələcəyimiz də məhz bu idealla bağlıdır".
Çimnaz Telmanqızı
22:25 / 21 Avqust 2026
42
22:11 / 21 Avqust 2026
53
21:57 / 21 Avqust 2026
62
21:30 / 21 Avqust 2026
59
20:56 / 21 Avqust 2026
63
20:52 / 21 Avqust 2026
63
20:14 / 21 Avqust 2026
74
19:42 / 21 Avqust 2026
88
19:21 / 21 Avqust 2026
90
19:08 / 21 Avqust 2026
165
18:46 / 21 Avqust 2026
96
18:41 / 21 Avqust 2026
76
18:33 / 21 Avqust 2026
92
18:20 / 21 Avqust 2026
74
18:10 / 21 Avqust 2026
109
17:59 / 21 Avqust 2026
95
17:45 / 21 Avqust 2026
119
17:30 / 21 Avqust 2026
99
17:10 / 21 Avqust 2026
131
17:00 / 21 Avqust 2026
85
16:58 / 21 Avqust 2026
96
16:46 / 21 Avqust 2026
88
16:32 / 21 Avqust 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.