Yüksək vəzifəyə təyinat oldu - FOTO
12 Sentyabr 2026, 18:54
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
432
05.08.2026, 10:48
Müasir dövrdə dövlətlərin sülh və təhlükəsizliyinin əsas zəmanətçisi rolunda məhz onların hərbi gücü çıxış edir. Cənubi Qafqaz regionunda yeni geopolitik konyunkturanı formalaşdıran Azərbaycan hər zaman sülhün və əməkdaşlığın tərəfdarı olduğunu nümayiş etdirir. Lakin beynəlxalq münasibətlərdə hüququn gücündən daha çox "gücün hüququnun" işlədiyi bir reallıqda ölkəmizin hərbi potensialını davamlı şəkildə artırması həyati zərurətdir. Dövlət başçısı İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, ordumuzun müasir qırıcı təyyarələr, raket sistemləri və pilotsuz uçuş aparatları ilə təchiz olunması milli təhlükəsizliyimizin sarsılmaz dayağıdır. Ölkəmizin hərbi arsenalını ən müasir texnologiyalarla zənginləşdirməsi fonunda Ermənistanda yaranan narahatlıq rəsmi İrəvanın hələ də tam sabitləşməyə hazır olmadığını göstərir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin sabiq deputatı, politoloq Elşad Mirbəşiroğlu Azərbaycanın hərbi gücünün artmasının regiondakı proseslərə təsirini və Ermənistanın narahatlığının səbəblərini şərh edib.
"Azərbaycanı güclü edən onun öz iradəsi və hərbi potensialıdır"
Elşad Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycanın sülh gündəliyini uğurla irəli aparması üçün hərbi cəhətdən kifayət qədər güçlü olması şərtdir:
"Müasir dünyada bizim iradəmizdən asılı olmayaraq güc faktoru ön plana çıxıb. Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib ki, Azərbaycanın əsas prioritetlərindən biri hərbi potensialın davamlı olaraq genişləndirilməsidir. Ötən il Kəlbəcər sakinləri ilə görüşdə də dövlət başçısı hərbi arsenalımızın gücləndirilməsi istiqamətində addımların atıldığını və bunun davam etdiriləcəyini bildirdi. Pilotsuz uçuş aparatlarının, yeni nəsil qırıcı təyyarələrin alınması və aviaparkın yenilənməsi bu strategiyanın tərkib hissəsidir”.
Deputat xatırladıb ki, Azərbaycan torpaqları 30 il Ermənistanın işğalı altında qalıb və bu illər ərzində qarşı tərəf hər zaman əsassız ərazi iddiaları ilə çıxış edib. İşğaldan sonra belə, 2021-ci il istehsalı olan meşələrdə və ərazilərimizdə basdırılmış minaların aşkarlanması Ermənistanın təxribatçı xislətindən əl çəkmədiyini sübut edir.
Politoloq bildirib ki, Ermənistanın Azərbaycanın hərbi qüdrətinin artmasından təşvişə düşməsi təbiidir. Çünki İrəvanı sülh masasında qalmağa və revanşist xəyallardan çəkinməyə məcbur edən yeganə amil Azərbaycanın malik olduğu böyük hərbi gücdür.
Ermənistanın kənar qüvvələr tərəfindən silahlandırılmasına da toxunan E.Mirbəşiroğlu vurğulayıb ki, Fransa və Hindistan kimi ölkələr Ermənistana açıq şəkildə hərbi dəstək verir, onları hücum silahları ilə təmin etməyə çalışırlar:
”2024-cü ilin 5 aprel tarixində Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün pərdəarxası məqsədi də Ermənistana hərbi və təhlükəsizlik zəmanətlərinin verilməsi idi.
Ermənistanın ABŞ ilə birgə hərbi təlimlər keçirməsi regionda gərginliyi artırmağa hesablanmış addımlardır”.
Elşad Mirbəşiroğlu fikrini yekunlaşdıraraq qeyd edib ki, Azərbaycan Ermənistanın və onun havadarlarının bu addımlarına qarşı tamamilə seyrçi qala bilməz:
"Biz nə qədər hərbi cəhətdən güclü olacağıqsa, Cənubi Qafqazda təhlükəsizlik, əmin-amanlıq və sülh bir o qədər etibarlı təmin olunacaq. Azərbaycan hər zaman səmimi olaraq sülhün, regional əməkdaşlığın və rifahın tərəfdarı olub. Bu ideyaların səmərəli şəkildə həyata keçirilməsi üçün isə ölkəmiz ən yüksək hərbi təchizata və arsenalına malik olmalıdır. Bu, müasir dövrün tələbi və təhlükəsizliyimizin əsas şərtidir”.
Çimnaz Telmanqızı
00:51 / 13 Sentyabr 2026
24
00:35 / 13 Sentyabr 2026
132
00:14 / 13 Sentyabr 2026
312
00:06 / 13 Sentyabr 2026
149
23:49 / 12 Sentyabr 2026
62
23:38 / 12 Sentyabr 2026
116
23:34 / 12 Sentyabr 2026
63
23:31 / 12 Sentyabr 2026
58
22:35 / 12 Sentyabr 2026
65
22:31 / 12 Sentyabr 2026
59
22:26 / 12 Sentyabr 2026
92
22:25 / 12 Sentyabr 2026
130
22:22 / 12 Sentyabr 2026
76
22:14 / 12 Sentyabr 2026
79
22:13 / 12 Sentyabr 2026
581
22:02 / 12 Sentyabr 2026
290
21:52 / 12 Sentyabr 2026
146
21:34 / 12 Sentyabr 2026
286
21:25 / 12 Sentyabr 2026
1588
21:20 / 12 Sentyabr 2026
70
21:14 / 12 Sentyabr 2026
79
21:05 / 12 Sentyabr 2026
67
20:48 / 12 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.