Pezeşkian Moskvaya səfər edəcək
24 Oktyabr 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
794
31.07.2026, 18:07
"İlkin təhlillər göstərir ki, müsabiqə vəziyyəti ixtisas qrupları üzrə fərqlənir".
Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, I ixtisas qrupu üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 1–2 bal azalacağı gözlənilir: “500–600 bal intervalında keçid ballarında təxminən 16 baladək azalma ola bilər. 400–500 bal intervalında isə təxminən 5 bal azalma proqnozlaşdırılır. 400 baldan aşağı intervallarda isə məzun və kvota sayındakı dəyişikliklər səbəbindən keçid ballarının artacağı gözlənilir.
II ixtisas qrupu üzrə əksər bal intervallarında keçid ballarında 1–3 bal azalma gözlənilir: “300–400 bal intervalında azalma 12 baladək çata bilər. 200–300 bal intervalında isə məzun və kvota sayının artması səbəbindən keçid ballarının 3–4 bal yüksəlməsi mümkündür.
III ixtisas qrupu üzrə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 3–4 bal azalma ola bilər. 500–600 bal intervalında isə keçid ballarının 3–4 bal artacağı gözlənilir. 200–500 bal aralığında yerləşən ixtisaslarda keçid ballarında 1–8 bal artım proqnozlaşdırılır”.
DİM sədri bildirib ki, IV ixtisas qrupunda rəqabət daha yüksəkdir: “Hazırkı məlumata görə, 600 baldan yuxarı nəticə göstərənlərin sayı 1000 nəfərdən çoxdur. Nəticədə 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 15–17 baladək artım mümkündür. 500–600 bal intervalında da keçid ballarının yüksələcəyi gözlənilir. 400–500 bal intervalında keçid ballarının əsasən ötənilki səviyyədə qalacağı ehtimal edilir. 200–300 bal intervalında isə keçid ballarının aşağı düşməsi gözlənilir”.
O qeyd edib ki, hazırda təqdim olunan statistika ilkindir və iki cəhdin nəticələrinə əsaslanır: “Dəqiq statistika yekunlaşdıqdan sonra dərc ediləcək. Hər bir abituriyent həmin statistikaya əsasən öz bal intervalında vəziyyətin ötən illə müqayisədə necə dəyişdiyini qiymətləndirə biləcək”. (Apa)
23:16 / 24 Oktyabr 2026
148
22:52 / 24 Oktyabr 2026
116
22:34 / 24 Oktyabr 2026
108
22:14 / 24 Oktyabr 2026
85
22:05 / 24 Oktyabr 2026
283
21:42 / 24 Oktyabr 2026
1789
21:28 / 24 Oktyabr 2026
95
21:12 / 24 Oktyabr 2026
94
21:07 / 24 Oktyabr 2026
93
20:52 / 24 Oktyabr 2026
92
20:34 / 24 Oktyabr 2026
95
20:31 / 24 Oktyabr 2026
944
20:12 / 24 Oktyabr 2026
102
20:05 / 24 Oktyabr 2026
102
19:55 / 24 Oktyabr 2026
97
19:40 / 24 Oktyabr 2026
97
19:09 / 24 Oktyabr 2026
134
18:55 / 24 Oktyabr 2026
92
18:40 / 24 Oktyabr 2026
109
18:27 / 24 Oktyabr 2026
102
18:20 / 24 Oktyabr 2026
434
18:13 / 24 Oktyabr 2026
660
18:07 / 24 Oktyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.