10 gün ərzində qeydiyyata düşməyənləri CƏRİMƏ GÖZLƏYİR – Hüquqşünas açıqladı
04 Oktyabr 2026, 16:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
373
27.07.2026, 20:00
Ukraynanın Xəzər hövzəsində Rusiya və İran gəmilərini hədəfə alması, həmçinin illər əvvəl Ukrayna sərnişin təyyarəsinin vurulması kimi ağır faciələrin xatirəsinin yenidən aktuallaşması Cənubi Qafqazda və xüsusilə Azərbaycan ətrafında təhlükəsizlik mühitini kritik həddə çatdırıb. Şimalda və cənubda davam edən qanlı qarşıdurmaların tədricən Xəzər dənizinə və regional kommunikasiya xətlərinə sıçraması cəmiyyətdə haqlı olaraq narahatlıq yaradır ki, müharibə artıq sərhədlərimizə qədər dayanıb.
Rusiya hərbçilərinin müharibənin ilk günlərindən bəri Xəzərdəki donanma imkanlarından Ukraynanı atəşə tutması fonunda Kiyevin cavab zərbələrinə keçməsi və İranın Rusiyaya hərbi dəstək verməsi səbəbindən hərbi yükləri daşıyan gəmilərin legitim hədəf elan edilməsi vəziyyəti daha da gərginləşdirir. Ölkəmizin şimalında və cənubunda baş verən bu təhlükəli proseslər fonunda Azərbaycanın özünü necə sığortalayacağı, bu addımların bilərəkdən atılıb-atılmadığı və ölkəmizin hər hansı şəkildə bu münaqişəyə sürüklənmək istənilib-istənilmədiyini sual altındadır.
Məsələ ilə bağlı Oxu24.com-a danışan siyasi politoloq, professor Qabil Hüseynli qeyd edib ki, Xəzər dənizinin gərginlik poliqonuna çevrilməsi təsadüfi deyil və regiondakı bu təhlükəli tendensiyalar Azərbaycanın balanslı xarici siyasətini hər zamankından daha həyati əhəmiyyətli edir: "Rusiya Ukraynaya qarşı təcavüzə başlayanda Xəzər regionunun da bu müharibənin təsir dairəsinə düşəcəyi qaçılmaz idi, çünki Moskva bu dənizdən hərbi gəmilər vasitəsilə raket zərbələri endirirdi. Ukraynanın özünümüdafiə hüququ çərçivəsində Rusiyanın təchizat zəncirlərini, o cümlədən İranın hərbi yüklərini daşıyan gəmilərini hədəfə alması müharibənin coğrafiyasının genişləndiyini açıq göstərir. Lakin Azərbaycan hər zaman tərəflərlə bərabərməsafəli, neytral və müdrikləşmiş dialoq xətti yürüdərək ölkəmizi bu regional qazan qarşısında qorumağı bacarıb. Bəzi kənar qüvvələrin Azərbaycanı bu proseslərə cəlb etmək və ya ölkəmizin ərazisini bu oyunlarda alətə çevirmək cəhdləri olsa da, rəsmi Bakının qətiyyətli və təmkinli mövqeyi bu təxribatların qarşısını alır".
Onun sözlərinə görə, Azərbaycan diplomatiyasının gücü məhz bu cür qlobal böhranlar zamanı ölkəni hərbi qarşıdurmalardan kənarda saxlamaq bacarığındadır: "Ötən dövrdə Ukraynadakı diplomatik nümayəndəliklərimizin və iqtisadi obyektlərimizin zərər görməsi belə Azərbaycanın emosional deyil, hüquqi və diplomatik müstəvidə cavab verməsini şərtləndirdi. İran gəmisinin vurulması və Tehranın sərt bəyanatları bölgədəki riskləri artırsa da, Azərbaycan özünün milli maraqlarına əsaslanan çevik strategiyası ilə bu qırmızı xətləri uğurla qoruyur. İnanıram ki, dövlətimiz təmkinli xarici siyasətini davam etdirərək Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantı olaraq qalacaq və ölkəmizi bu arzuolunmaz regional gərginliklərin mərkəzinə çevirmək istəyənlərin planları suya düşəcək".
20:06 / 04 Oktyabr 2026
3
19:55 / 04 Oktyabr 2026
39
19:44 / 04 Oktyabr 2026
67
19:23 / 04 Oktyabr 2026
48
19:16 / 04 Oktyabr 2026
75
19:09 / 04 Oktyabr 2026
70
18:44 / 04 Oktyabr 2026
68
18:34 / 04 Oktyabr 2026
54
17:50 / 04 Oktyabr 2026
80
17:45 / 04 Oktyabr 2026
75
17:35 / 04 Oktyabr 2026
81
17:30 / 04 Oktyabr 2026
526
17:23 / 04 Oktyabr 2026
358
17:20 / 04 Oktyabr 2026
55
16:58 / 04 Oktyabr 2026
2523
16:56 / 04 Oktyabr 2026
320
16:55 / 04 Oktyabr 2026
226
16:53 / 04 Oktyabr 2026
246
16:51 / 04 Oktyabr 2026
92
16:49 / 04 Oktyabr 2026
81
14:30 / 04 Oktyabr 2026
108
14:04 / 04 Oktyabr 2026
146
14:00 / 04 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.