Yüksək vəzifəyə təyinat oldu - FOTO
12 Sentyabr 2026, 18:54
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
3902
06.07.2026, 16:27
"Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Oxu24.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb.
Dəyişikliyə əsasən, məqsədli təyinatı əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı yaşıllıqlar kənd təsərrüfatı fəaliyyətinə mane olduqda götürülə biləcək. Bu halda kol, gül-çiçək və ot bitkilərinin kəsilməsinə görə bərpa dəyəri ödənilməyəcək.
Həmçinin dəyişikliklə ağac və kol anlayışlarının izahı da dəqiqləşdirilib. Belə ki, sənədə əsasən, ağac - oduncaqlaşmış bir əsas gövdəyə və çətirə malik, torpaq səthindən yuxarıda budaqlanan çoxillik bitki, kol dedikdə isə oduncaqlaşmış gövdələrə və çətirə malik, aydın müəyyən edilmiş əsas gövdəsi olmayan, torpaq səthindən (kök boğazdan) budaqlanan çoxillik bitki nəzərdə tutulacaq.
Qanun layihəsində vurğulanıb ki, kolların kəsilməsi ilə bağlı məlumatlandırma icraatı həyata keçiriləcək.
Kolların kəsilməsi üçün müəyyən edilmiş hal mövcud olduqda ərizəçi tərəfindən kolların kəsilməsindən əvvəl kəsiləcək kolların sayı, cinsi, növü, hündürlüyü, fotoşəkli, həmin kolların yayıldığı ərazinin ölçüsü (hektarla), kolların kəsilməsini zəruri edən hal, kolların yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti, habelə ərizəçi fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı və fərdi identifikasiya nömrəsi (FİN-i), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda, həmçinin onun vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamənin surəti, hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə məlumat veriləcək.
Bildirilib ki, ərizəçi tərəfindən yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsi qadağandır.
Sənədə görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 10 təqvim günü müddətində həmin kolların kəsilməsinə dair irad ərizəçiyə təqdim edilmədikdə ərizəçi kolların kəsilməsini həyata keçirə biləcək.
İrad olduqda həmin irad normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.
Dövlət başçısı "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 12 iyun tarixli 422-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə Fərman da imzalayıb.
08:58 / 13 Sentyabr 2026
1
08:35 / 13 Sentyabr 2026
38
08:07 / 13 Sentyabr 2026
92
00:51 / 13 Sentyabr 2026
95
00:35 / 13 Sentyabr 2026
540
00:14 / 13 Sentyabr 2026
1295
00:06 / 13 Sentyabr 2026
507
23:49 / 12 Sentyabr 2026
107
23:38 / 12 Sentyabr 2026
189
23:34 / 12 Sentyabr 2026
152
23:31 / 12 Sentyabr 2026
100
22:35 / 12 Sentyabr 2026
108
22:31 / 12 Sentyabr 2026
90
22:26 / 12 Sentyabr 2026
172
22:25 / 12 Sentyabr 2026
303
22:22 / 12 Sentyabr 2026
119
22:14 / 12 Sentyabr 2026
120
22:13 / 12 Sentyabr 2026
880
22:02 / 12 Sentyabr 2026
1057
21:52 / 12 Sentyabr 2026
208
21:34 / 12 Sentyabr 2026
418
21:25 / 12 Sentyabr 2026
4728
21:20 / 12 Sentyabr 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.