İran ABŞ-ı danışıqlarla bağlı saxta xəbərlər yaymaqda ittiham edib
10 Noyabr 2026, 04:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
576
06.07.2026, 13:01
Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlarını demək olar ki, yeni mərhələyə keçirib. Artıq Kreml sözçüsü Dmitri Peskov da bunun hərbi əməliyyatlardan daha çox müharibə xarakteri daşıdığını vurğulayıb.
Göründüyü kimi, Rusiya Kiyevdə mülki obyektləri də hədəfə alır. Yanacaq anbarları, yaşayış binaları və ərzaq anbarlarına endirilən zərbələr müharibənin dağıdıcılıq səviyyəsinin artdığını göstərir. Mülki obyektlərin qəsdən hədəfə alınması ilə bağlı ittihamlar beynəlxalq humanitar hüquq çərçivəsində müharibə cinayətləri kontekstində qiymətləndirilə bilər və bu cür halların hüquqi qiymətləndirilməsi beynəlxalq araşdırması labüddür.
Rusiya bununla Ukraynanı öz ərazisinə qarşı hücumlardan çəkindirməyə çalışır. Eyni zamanda, məqsəd Ukrayna cəmiyyətində narazılığı artırmaq, Prezident Volodimir Zelenskiyə ictimai təzyiq formalaşdırmaq, Qərbdə isə müharibə ilə bağlı narahatlığı gücləndirməkdir.
Lakin hesab edirəm ki, bu taktika Moskvanın gözlədiyi nəticəni verməyəcək. Əksinə, Rusiyanın daha aqressiv və dağıdıcı üsullara əl atması Qərbin, xüsusilə ABŞ-ın Ukraynaya hərbi dəstəyini daha da artırmasına səbəb ola bilər. Bu isə müharibənin daha da genişlənməsi və qarşılıqlı zərbələrin intensivləşməsi riskini artırır.
Bir sözlə, Rusiya-Ukrayna müharibəsi daha dağıdıcı mərhələyə daxil olur. Qeyd edim ki, prezident Vladimir Putinin bu müharibə fonunda daxili siyasi mövqeyi də zəifləyir. Rusiya siyasi elitasında müharibənin uzanması ilə bağlı narazılıqların artdığı və fikir ayrılıqlarının dərinləşib.
Avqust ayından etibarən Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların yenidən başlanması ehtimalı var. Hazırda isə münaqişənin həlli istiqamətində diplomatik proses faktiki olaraq dalana dirənib.
Rusiya Belarusu müharibəyə daha fəal şəkildə cəlb etməyə çalışsa da, hesab edirəm ki, Minsk buna qoşulmayacaq. V. Putinin seçdiyi dağıdıcı müharibə taktikası uzunmüddətli perspektivdə Rusiyanın öz maraqlarına qarşı işləyə bilər.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini
05:37 / 10 Noyabr 2026
74
05:27 / 10 Noyabr 2026
73
04:34 / 10 Noyabr 2026
98
04:12 / 10 Noyabr 2026
121
02:34 / 10 Noyabr 2026
139
02:02 / 10 Noyabr 2026
134
01:30 / 10 Noyabr 2026
266
01:19 / 10 Noyabr 2026
420
01:00 / 10 Noyabr 2026
187
00:25 / 10 Noyabr 2026
794
00:20 / 10 Noyabr 2026
149
00:14 / 10 Noyabr 2026
384
00:08 / 10 Noyabr 2026
142
23:52 / 09 Noyabr 2026
241
23:52 / 09 Noyabr 2026
2013
23:48 / 09 Noyabr 2026
149
23:42 / 09 Noyabr 2026
366
23:37 / 09 Noyabr 2026
416
23:32 / 09 Noyabr 2026
175
23:28 / 09 Noyabr 2026
187
23:23 / 09 Noyabr 2026
148
23:17 / 09 Noyabr 2026
234
23:12 / 09 Noyabr 2026
174
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.