İlham Əliyev:“Türkiyə-Azərbaycan birliyi əbədidir!” - Video
10 Noyabr 2026, 10:21
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
568
30.06.2026, 17:04
Biznesmenlərin siyasətə gəldikdə iqtisadi qanunları siyasi manevrlərlə idarə etməyə çalışdıqlarını bildirən iqtisadçı Eldəniz Əmirov, bunun indiyədək uğurlu nəticə vermədiyini qeyd edib.
Oxu24.com xəbər verir ki, ekspertin sözlərinə görə, ABŞ prezidenti Donald Trumpın yanacaq satıcılarını benzinin qiymətlərini dərhal aşağı salmağa çağırmasına münasibət bildirib.
Onun sözlərinə görə, dünya bazarında neftin ucuzlaşması benzinin pərakəndə satış qiymətlərinə eyni sürətlə təsir göstərmir:
“Son qiyməti yalnız xam neft müəyyən etmir. Emal xərcləri, logistika, vergilər, ehtiyatların maya dəyəri və satış marjası da qiymət formalaşmasında mühüm rol oynayır”, – deyə o vurğulayıb.
Eldəniz Əmirov hesab edir ki, bazarda rəqabət pozuntusu və ya süni qiymət artımı varsa, dövlətin müdaxiləsi normaldır. Lakin “qiymətləri dərhal endirin” kimi ultimativ çağırışlar bazar iqtisadiyyatının prinsiplərindən daha çox siyasi ritorika təsiri bağışlayır.
İqtisadçı əlavə edib ki, bu cür bəyanatların məqsədi iqtisadi mexanizmləri dəyişməkdən çox, cəmiyyətə qiymətlərin aşağı salınması uğrunda mübarizə aparıldığı mesajını verməkdir.
Turan
10:39 / 10 Noyabr 2026
1
10:32 / 10 Noyabr 2026
29
10:28 / 10 Noyabr 2026
47
10:21 / 10 Noyabr 2026
49
10:17 / 10 Noyabr 2026
63
10:15 / 10 Noyabr 2026
71
10:10 / 10 Noyabr 2026
57
09:50 / 10 Noyabr 2026
152
09:46 / 10 Noyabr 2026
89
09:35 / 10 Noyabr 2026
114
09:26 / 10 Noyabr 2026
154
09:19 / 10 Noyabr 2026
109
08:56 / 10 Noyabr 2026
204
08:46 / 10 Noyabr 2026
221
08:42 / 10 Noyabr 2026
2048
05:37 / 10 Noyabr 2026
159
05:27 / 10 Noyabr 2026
256
04:34 / 10 Noyabr 2026
160
04:12 / 10 Noyabr 2026
219
02:34 / 10 Noyabr 2026
182
02:02 / 10 Noyabr 2026
169
01:30 / 10 Noyabr 2026
440
01:19 / 10 Noyabr 2026
597
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.