Yüksək vəzifəyə təyinat oldu - FOTO
12 Sentyabr 2026, 18:54
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
569
29.06.2026, 13:47
Azərbaycanın təbii qazının beynəlxalq və regional enerji bazarlarına dayanıqlı, sabit və təhlükəsiz tədarükü istiqamətində atdığı addımlar qlobal enerji təhlükəsizliyinin təminatı baxımından həlledici xarakter daşımaqda davam edir.
Oxu24.com xəbər verir ki, Gürcüstan hökumətinin Azərbaycan tərəfi ilə apardığı müzakirələr nəticəsində əlverişli qiymətə 2 milyard kubmetrdən artıq təbii qazın təchizatına dair zəmanət alması rəsmi Bakının regional enerji bazarlarındakı gücünü bir daha nümayiş etdirir.
Tarixi xronologiyaya nəzər salsaq görərik ki, 2007-ci ilə qədər Gürcüstanın əsas təbii qaz tədarükçüsü Rusiya olub. Lakin 2006-cı ildə illik ötürücülük gücü 20 milyard kubmetrə malik Bakı-Tiflis-Ərzurum qaz boru kəmərinin sənaye istismarına verilməsi, eləcə də Gürcüstanla Rusiya arasında baş verən siyasi gərginliklər və 2008-ci il müharibəsindən sonra rəsmi Tbilisi enerji siyasətində kəskin dönüş edərək diqqətini tamamilə Azərbaycan qazına yönəltdi. Bəs böyüyən Gürcüstan bazarının məhz Azərbaycan tərəfindən təmin edilməsi ölkəmiz üçün iqtisadi və strateji baxımdan nə vəd edir?
Mövzunu Oxu24.com-a şərh edən enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirib ki, təchizat zəncirinin sabitliyi və enerji axınlarının təhlükəsizliyi baxımından Azərbaycanın ixrac güclərinin Cənubi Qafqazda alternativi yoxdur.
Ekspertin sözlərinə görə, əldə olunan yeni razılaşma həm iqtisadi dividentlər gətirir, həm də Azərbaycanın bölgədəki hərbi-siyasi rıçaqlarını möhkəmləndirir:
“Gürcüstan qaz bazarı dinamik böyüyən bir bazardır və Azərbaycanın bu bazarda optimal qiymətlərlə dominantlıq təşkil etməsi çox ciddi strateji gedişdir. 2025-ci ilin statistikasına diqqət etsək görərik ki, Gürcüstanın qaz tədarükü strukturunda Azərbaycan tələbatın 71,7%-ni, Rusiya 27,9%-ni, yerli istehsal isə cəmi 0,4%-ni qarşılayıb. Rəqəmlərlə desək, ötən il qonşu ölkənin ümumi təbii qaz istehlakı 3,172 milyard kubmetr olub ki, bunun da 2,27 milyard kubmetrini məhz Azərbaycan təmin edib”.
Z.Vəliyev qeyd edib ki, Azərbaycan qazının Gürcüstana çatdırılması strukturu da çoxşaxəli və təhlükəsizdir:
“Bu 2,27 milyard kubmetrlik idxal həcminin 666 milyon kubmetri birbaşa kommersiya təchizatı, 1,371 milyard kubmetri əlavə və çevik müqavilə razılaşmaları çərçivəsində reallaşıb. Bundan əlavə, Cənubi Qafqaz Boru Kəməri vasitəsilə də 235 milyon kubmetr qaz qəbul edilib. Bütün bu rəqəmlər göstərir ki, Gürcüstanın enerji infrastrukturu birbaşa Azərbaycana inteqrasiya olunub. Bu asılılıq isə Azərbaycan üçün uzunmüddətli, sabit valyuta axını deməkdir”.
Strateji perspektivlərdən danışan ekspert 2026-cı il üçün proqnozlara da toxunub:
“Gürcüstanın İqtisadiyyat Nazirliyi artıq 2026-cı il üçün qaz balansını təsdiqləyib və bu il tədarükün 3,34 milyard kubmetrə çatacağı gözlənilir. Ən önəmli məqam odur ki, rəsmi sənəddə tədarükün 87%-nin məhz Azərbaycandan (Şahdəniz konsorsiumu və SOCAR) həyata keçiriləcəyi vurğulanır. Rusiyanın payının getdikcə azalması və Azərbaycanın payının 90%-ə yaxınlaşması o deməkdir ki, ölkəmiz Gürcüstanın iqtisadi və milli təhlükəsizliyinin əsas qarantına çevrilib. Bu amil həm regional əməkdaşlıq formatlarında, həm də tranzit ölkə olaraq Gürcüstanla aparılan danışıqlarda Azərbaycanın mövqeyini sarsılmaz edir”.
Çimnaz Telmanqızı
00:51 / 13 Sentyabr 2026
24
00:35 / 13 Sentyabr 2026
132
00:14 / 13 Sentyabr 2026
312
00:06 / 13 Sentyabr 2026
149
23:49 / 12 Sentyabr 2026
62
23:38 / 12 Sentyabr 2026
116
23:34 / 12 Sentyabr 2026
63
23:31 / 12 Sentyabr 2026
58
22:35 / 12 Sentyabr 2026
65
22:31 / 12 Sentyabr 2026
59
22:26 / 12 Sentyabr 2026
92
22:25 / 12 Sentyabr 2026
130
22:22 / 12 Sentyabr 2026
76
22:14 / 12 Sentyabr 2026
79
22:13 / 12 Sentyabr 2026
581
22:02 / 12 Sentyabr 2026
290
21:52 / 12 Sentyabr 2026
146
21:34 / 12 Sentyabr 2026
286
21:25 / 12 Sentyabr 2026
1588
21:20 / 12 Sentyabr 2026
70
21:14 / 12 Sentyabr 2026
79
21:05 / 12 Sentyabr 2026
67
20:48 / 12 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.