SON DƏQİQƏ! Prezident yüksək vəzifəyə təyinat etdi
07 İyul 2026, 09:58
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
662
25.06.2026, 11:50
Qərbdə, xüsusilə bəzi Avropa ölkələrində mütəmadi olaraq İslam dininə və müsəlmanlara qarşı çirkin təbliğat aparılır, müqəddəs dəyərlər təhqir olunur, dini ayrı-seçkilik zəminində xoşagəlməz hallar yaşanır. Demokratik dəyərləri, insan haqlarını dildə şüar edən bir sıra Qərb dairələri, beynəlxalq təşkilatlar bu məsələdə özləri də, qeyd edilən hadisələri törədənlər kimi ayrıseçkilik edib qərəz nümayiş etdirirlər. Çox zaman da siyasi dairələr İslam dininə qarşı qərəzli, mənfi təsəvvür yaratmağa cəhd göstərirlər.
Oxu24.com xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi və dinşünas Tural irfan sosial şəbəkə hesabında paylaşdığı açıqlamada bildirib.
Tural İrfan əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 24-ü Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına ünvanladığı müraciətdə bu məsələlərə toxunulub və önəmli mesajlar verilib. Müsəlmanlara qarşı nifrətin aşılanması, ədavət aparılması, Azərbaycan torpaqlarının işğalı zamanı mədəni irsə qarşı baş vermiş vandalizm aktları kimi məsələlərə toxunan dövlət başçısı həmçinin haqlı olaraq qeyd edib ki, Azərbaycan torpaqlarında İslam mədəni irsinə qarşı törədilmiş bu cinayətlər şübhəsiz ki, islamofobiyanın açıq-aydın təzahürüdür:“Bu gün dünyada müsəlmanlara qarşı nifrətin aşılanması, İslam mədəni irsinin hədəfə alınması və İslam dəyərlərinin təhqir olunması geniş vüsət alıb. Müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi heç bir halda ifadə azadlığı ilə əsaslandırıla bilməz və tamamilə qəbuledilməzdir. İslamofobiya yalnız müsəlmanlara qarşı dözümsüzlük halı deyil, qarşılıqlı anlaşmaya və dinc birgəyaşayışa təhdid yaradan təhlükəli tendensiyadır. Məyusedici haldır ki, Qərbdə bəzi siyasi dairələr, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təsisatlar anti-İslam əhvali-ruhiyyəsini təlqin edərək, İslamı ekstremizm və terrorizm ilə eyniləşdirməyə, dinimizə qarşı qərəzli təsəvvür yaratmağa və onu təhlükə mənbəyi kimi qələmə verməyə cəhdlər göstərir”.
Siyasətçi qeyd edib ki, müraciətdə qeyd olunduğu kimi bütün dünyaya məlumdur ki, dəfələrlə Həzrət Muhəmməd Peyğəmbərin karikaturası çəkilib, müqəddəs kitabımız yandırılıb, İslam dini terror dini kimi xarakterizə olunub. Səlibçilik nostalgiyası əsasında baş verən bu cür qeyri-insani, beynəlxalq hüquqa, ümumbəşəri dəyərlərə zidd olan çağırışlar və addımlar tolerantlıq mühitinin pozulmasına məqsədli şəkildə rəvac verməkdir. Bəzi Qərb dairələri müəyyən radikal təsəvvürlü elementləri xüsusilə tapırlar və zəmin, imkan şərait yaradıb məhz özləri ekstremist qüvvələr formalaşdırırlar. Sonra da həmin təşkilatların fəaliyyətini ümumi müsəlmanların, İslam dininin adına yazırlar. Bir çox ölkələrdə bunun nümunəsini görmək mümkündür. Bu yolla İslam dininə qarşı səlib yürüşü ab-havası yaradıb hədəfə gətirmək, nəticədə böyük bir dinin çoxsaylı mənsubları haqqında mənfi obraz formalaşdırmaq müasir dünya üçün əsla xarakterik deyil, zərərlidir. Dövlət başçısı İlham Əliyevin müraciətində qeyd olunan, Azərbaycan torpaqlarında İslam mədəni irsinə qarşı törədilmiş cinayət hadisələrinin islamafobiyanın təzahürü olması faktı ilə bağlı da təəssüf ki, beynəlxalq təşkilatların ədalətli mövqeyini görmürük.Bütün hallarda İslam dininə və İslam mədəni irsinə, müsəlmanlara qarşı bu gün dünyada aparılan məqsədyönlü siyasət ümumiyyətlə bəşəriyyət üçün zərərlidir və daha mənfi nəticələrə gətirib çıxara bilər. Qərbdəki bəzi siyasi dairələrin bu cür zərərli fəaliyyətinə son qoyulmalıdır.
Turan
10:53 / 07 İyul 2026
4
10:48 / 07 İyul 2026
20
10:46 / 07 İyul 2026
23
10:39 / 07 İyul 2026
42
10:32 / 07 İyul 2026
41
10:15 / 07 İyul 2026
214
10:12 / 07 İyul 2026
63
09:59 / 07 İyul 2026
61
09:58 / 07 İyul 2026
707
09:38 / 07 İyul 2026
406
09:34 / 07 İyul 2026
117
09:27 / 07 İyul 2026
59
09:24 / 07 İyul 2026
71
09:16 / 07 İyul 2026
264
09:11 / 07 İyul 2026
179
09:08 / 07 İyul 2026
65
00:44 / 07 İyul 2026
155
00:18 / 07 İyul 2026
688
00:16 / 07 İyul 2026
165
00:12 / 07 İyul 2026
147
00:10 / 07 İyul 2026
315
00:02 / 07 İyul 2026
143
23:56 / 06 İyul 2026
254
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.