Göy məsciddə Çarens büstü : İranın siyasi hoqqabazlığı — ŞƏRH
10 Noyabr 2026, 14:23
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
591
22.06.2026, 11:32
Dörd aydan çox davam edən ABŞ-İran müharibəsi iyunun 17-də imzalanan İslamabad Anlaşma Memorandumu ilə formal olaraq dayandırıldı.
Amma əsl sual yenə də cavabsız qalır: sülh necə olacaq?
Hələlik bunun dəqiq cavabı yoxdur. Tərəflərin yekun saziş üzərində razılığa gəlməsi üçün İsveçrənin Bürgenştok şəhərində keçirilməsi planlaşdırılan texniki danışıqlar təxirə salınıb. Səbəb isə İsrailin Livanda davam edən hərbi əməliyyatlarıdır.
Tehran açıq mesaj verib: Beyruta endirilən zərbələr dayanmayınca nümayəndə heyəti danışıqlar masasına əyləşməyəcək.
Bəs dörd aylıq bu qarşıdurmanın sonunda kim nə qazandı? İran hansı təsir alətlərini və strateji kartlarını əlində saxlayır? ABŞ məqsədlərinə tam çata bildimi? Və ən vacib sual: bu müharibənin ümumiyyətlə həqiqi qalibi varmı?
ABŞ İran müharibəsində nə qazandı?
2026-cı ilin fevral ayının son günündə başlayıb iyunun ortalarına qədər davam edən bu müharibə, Vaşinqton üçün qarışıq və ziddiyyətli bir nəticə ilə yekunlaşdı. ABŞ və İsrailin birgə apardığı hərbi əməliyyatın ən "göz qamaşdıran" nəticəsi heç şübhəsiz İranın ali rəhbəri Ayətullah Əli Xameneinin və yüksək hərbi-siyasi kadrların məhv edilməsi oldu. "Epik Qəzəb" əməliyyatı çərçivəsində İranın hava hücumundan müdafiə qalxanı deşildi, yüzlərlə raket qurğusu, dron istehsalı zavodları və Ərakdakı ağır su reaktoru ağır zərbələr aldı. Hərbi dəniz qüvvələri Körfəzdə və Ərəb dənizində praktiki olaraq fəaliyyətsiz hala gətirildi.
Bununla belə, hərbi meydanındakı uğurlar, masa arxasında yoxa çıxmağa başladı. Donald Tramp administrasiyasının dörd ay öncə bütün dünyaya car çəkdiyi üç böyük hədəf - rejimin devrilməsi, raket sənayesinin məhvi və proksi şəbəkələrinin tərksilah edilməsi kağız üzərində qaldı. Xamenei öldü, amma teokratik aparat çökmədi, sadəcə sükan dəyişdi. Atəşkəs sənədində nə raket proqramının dayandırılması, nə də Hizbullah və Husilərin təcrid olunması barədə bir kəlmə yer aldı.
Bu hərbi "qələbə"nin bədəli də ağır oldu: Hörmüz boğazının bağlanması neft bazarlarını lərzəyə saldı, ABŞ-da yanacaq qiymətləri rekord həddə qalxdı, müharibənin birbaşa hərbi xərci təxminən 30 milyard dollara çatdı. Bütün bunların fonunda imzalanan razılaşma ABŞ-ı İranın dondurulmuş 24 milyard dollarlıq aktivini sərbəstləşdirməyə, sanksiyaları yumşaltmağa və ölkənin yenidən qurulması üçün nəzərdə tutulan 300 milyard dollarlıq beynəlxalq bərpa planına dəstək verməyə məcbur etdi.
Əziz Əlibəyli
Politoloq
14:55 / 10 Noyabr 2026
1
14:48 / 10 Noyabr 2026
45
14:23 / 10 Noyabr 2026
148
14:20 / 10 Noyabr 2026
387
14:09 / 10 Noyabr 2026
125
14:00 / 10 Noyabr 2026
597
13:44 / 10 Noyabr 2026
95
13:38 / 10 Noyabr 2026
321
13:26 / 10 Noyabr 2026
1208
13:24 / 10 Noyabr 2026
116
13:20 / 10 Noyabr 2026
296
13:05 / 10 Noyabr 2026
152
13:00 / 10 Noyabr 2026
123
12:37 / 10 Noyabr 2026
440
12:31 / 10 Noyabr 2026
119
12:21 / 10 Noyabr 2026
515
12:18 / 10 Noyabr 2026
143
12:04 / 10 Noyabr 2026
149
12:00 / 10 Noyabr 2026
326
11:45 / 10 Noyabr 2026
2553
11:42 / 10 Noyabr 2026
114
11:39 / 10 Noyabr 2026
133
11:28 / 10 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.