İlham Əliyev başsağlığı verdi
11 Noyabr 2026, 11:16
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1529
28.05.2026, 13:54
Bakı-Tehran xətti: Münasibətlərdə yeni mərhələ başlayır? – Politoloq ŞƏRHİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında keçirilən telefon danışığı iki ölkə arasındakı münasibətlərin gələcək xəttini yenidən gündəmə gətirib. Dialoq zamanı Prezident İlham Əliyev Azərbaycan və İranın həm yaxşı, həm də ağır günlərdə hər zaman bir-birinin yanında olduğunu xüsusi vurğulayıb. İran Prezidenti Məsud Pezeşkian isə ölkəsinin üzləşdiyi çətin dövrlərdə rəsmi Bakının göstərdiyi humanitar yardımlara görə bir daha dərin təşəkkürünü bildirib.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən politoloq Elçin Xalidbəyli ilk olaraq regiondakı ümumi vəziyyəti və Azərbaycanın çətin sınaqlar zamanı atdığı addımları dəyərləndirib:
“Azərbaycan və İran münasibətlərinin pozitiv məzmun daşıması və inkişaf etdirilməsi hər iki tərəfin maraqlarına cavab verir. Yaxın Şərq savaşı başladıqdan sonra, İranın ən ağır günlərində Azərbaycan İrana humanitar yardım göstərdi. Halbuki həmin dövrlərdə buna dünyanın heç bir dövləti cəsarət etmirdi. Amerika Birləşmiş Ştatlarından çəkinən ölkələr İranla bağlı hər hansı pozitiv addımlar atmağa həvəsli deyildilər. Ancaq Azərbaycan heç nəyə əhəmiyyət vermədən İrana humanitar yardım göstərdi və bu istiqamətdə, demək olar ki, yolun açılmasına səbəb oldu. Məhz Azərbaycandan sonra digər bəzi dövlətlər də İrana humanitar yardım göndərməyə başladılar”.
“Rəsmi Tehran Bakının səmimiyyətini reallıqda gördü"
Daha sonra politoloq Bakının bu addımının Tehranda necə qarşılandığına və Azərbaycanın dəyişməz prinsipial mövqeyinə diqqət çəkib:
“Bu baxımdan rəsmi Tehran əsl reallıqda Azərbaycanın nə qədər qətiyyətli və İrana münasibətdə səmimi bir dövlət olduğunu reallıqda görmüş oldu. Azərbaycan hər zaman bu mövqedən çıxış edib”.
İki ölkə arasındakı münasibətləri gərginləşdirmək istəyən daxili qüvvələrdən və hazırkı yeni hakimiyyətin yanaşmasından bəhs edən Elçin Xalidbəyli vurğulayıb:
“İranda bəzi qüvvələr İran-Azərbaycan münasibətlərinin gərgin müstəvidə olmasında maraqlıdırlar. Ona görə də iki ölkə arasında münasibətlərin gərginləşdirilməsinə yönəlik, ziddiyyətlərin dərinləşdirilməsinə yönəlik addımlar atırlar. Ancaq İranda Azərbaycanla münasibətlərin normal məzmun daşımasında maraqlı olan qüvvələr də var və bu qüvvələrə misal olaraq Pezeşkian hakimiyyətini göstərmək olar. Yəni, Prezident Məsud Pezeşkian və onun yaxın ətrafını göstərmək olar”.
“İranda Azərbaycana münasibət birmənalı xarakter daşımır"
Ekspert Tehranın daxilindəki mövcud siyasi mənzərəni tam ictimaiyyətə çatdıraraq fikirlərinə belə davam edib:
“Ona görə də hesab etmək olar ki, hazırda İranda Azərbaycana münasibət birmənalı xarakter daşımır. Ziddiyyətlərin dərinləşdirilməsinə cəhd göstərənlərlə yanaşı, münasibətlərin inkişaf etdirilməsinə çalışanlar da mövcuddur”.
Yaxın gələcəkdə hansı mühüm addımlar atıla bilər?
Son olaraq politoloq Azərbaycan və İranın iqtisadi potensialından və gələcəkdə reallaşa biləcək effektiv layihələrdən danışaraq fikirlərini bu sözlərlə yekunlaşdırıb:
“Amma Azərbaycan və İran iqtisadi-ticari və digər sahələrdə və eyni zamanda regional problemlərin həllində ortaq mövqedən çıxış etmək üçün geniş imkanlara malik olan dövlətlərdir. Bu baxımdan, hər iki ölkənin yaxın gələcəkdə daha çox iqtisadi-ticari münasibətləri inkişaf etdirməsi, eyni zamanda hər iki ölkənin ərazisinden keçən önəmli marşrutları inkişaf etdirməsi daha effektiv və hər iki tərəf üçün faydalı bir fəaliyyət sahəsi ola bilər”,- deyə o fikrini tamamlayıb.
Çimnaz Telmanqızı
11:16 / 11 Noyabr 2026
3
11:13 / 11 Noyabr 2026
21
11:11 / 11 Noyabr 2026
27
11:06 / 11 Noyabr 2026
35
10:56 / 11 Noyabr 2026
143
10:51 / 11 Noyabr 2026
64
10:48 / 11 Noyabr 2026
53
10:45 / 11 Noyabr 2026
66
10:33 / 11 Noyabr 2026
66
10:19 / 11 Noyabr 2026
72
10:13 / 11 Noyabr 2026
70
10:10 / 11 Noyabr 2026
80
10:10 / 11 Noyabr 2026
233
10:09 / 11 Noyabr 2026
133
09:56 / 11 Noyabr 2026
77
09:37 / 11 Noyabr 2026
827
09:35 / 11 Noyabr 2026
113
09:29 / 11 Noyabr 2026
92
09:25 / 11 Noyabr 2026
101
09:24 / 11 Noyabr 2026
87
09:22 / 11 Noyabr 2026
120
09:20 / 11 Noyabr 2026
98
08:58 / 11 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.