İlham Əliyev başsağlığı verdi
11 Noyabr 2026, 11:16
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
614
28.05.2026, 13:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib.
Oxu24.com xəbər verir ki, “GP Safety” MMC-nin təsisçisi Hikmət Əsədov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi.
Bildirildi ki, burada müxtəlif təyinatlı 4 növdə iş əlcəkləri istehsal ediləcək.
Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir. Məhsullar daxili bazarın tələbatını ödəmək üçün nəzərdə tutulur. Gələcəkdə isə onların Avropa bazarına ixracı da planlaşdırılır. Burada 35 nəfər işlə təmin olunacaq. Müəssisənin investisiya həcmi 3,5 milyon manatdır. Onun yaradılmasına dövlət dəstəyi də göstərilib. Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, investisiya təşviqi sənədi əsasında idxal olunan texnika və avadanlıqlar üzrə 238 min manat ƏDV-dən azadolma tətbiq edilib.
Qeyd edək ki, bu müəssisənin yaradılması Xankəndidə yüngül sənaye sahəsinin inkişafına töhfə verməklə yanaşı, şəhərin iqtisadi potensialının bərpasında da rol oynayacaq. Bu cür sənaye infrastrukturunun yaradılması yerli əhalinin işlə təmin olunmasına şərait yaradır, həm daxili bazarın tələbatını ödəməyə, həm də ixracyönümlü istehsalın həcmini artırmağa xidmət edir. Bütün bu işlər Azərbaycan dövlətinin Qarabağın iqtisadi potensialının bərpası, onun möhkəmləndirilməsi və müxtəlif təyinatlı məhsul istehsalının təşkili istiqamətində atdığı ardıcıl və məqsədyönlü addımların bir hissəsidir.
11:16 / 11 Noyabr 2026
6
11:13 / 11 Noyabr 2026
22
11:11 / 11 Noyabr 2026
27
11:06 / 11 Noyabr 2026
37
10:56 / 11 Noyabr 2026
146
10:51 / 11 Noyabr 2026
64
10:48 / 11 Noyabr 2026
53
10:45 / 11 Noyabr 2026
66
10:33 / 11 Noyabr 2026
67
10:19 / 11 Noyabr 2026
72
10:13 / 11 Noyabr 2026
70
10:10 / 11 Noyabr 2026
80
10:10 / 11 Noyabr 2026
233
10:09 / 11 Noyabr 2026
135
09:56 / 11 Noyabr 2026
77
09:37 / 11 Noyabr 2026
829
09:35 / 11 Noyabr 2026
113
09:29 / 11 Noyabr 2026
92
09:25 / 11 Noyabr 2026
101
09:24 / 11 Noyabr 2026
87
09:22 / 11 Noyabr 2026
120
09:20 / 11 Noyabr 2026
98
08:58 / 11 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.