İlham Əliyev başsağlığı verdi
11 Noyabr 2026, 11:16
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
914
28.05.2026, 12:37
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.
Oxu24.com xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.
Qeyd edək ki, Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində yerləşir.
Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Böyük Qaladərəsi işğaldan azad olunub.
Bildirildi ki, kənddə yaşayış üçün lazımi şəraitin yaradılması və sosial məsələlərin həlli istiqamətində bir sıra layihələr icra olunub. Burada transformator quraşdırılıb, yeni elektrik xətləri çəkilib, mövcud xətlər isə bərpa olunub. İlkin mərhələdə məskunlaşdırılacaq fərdi evlər sayğaclaşdırılıb. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və sayğacların quraşdırılması işlərinə başlanılıb. Sakinlərin içməli su ilə təmin olunması üzrə də işlər görülüb, paylayıcı su xətləri çəkilib, sayğaclar quraşdırılıb. Hazırda kənddə rabitə xətlərinin çəkilməsi işləri davam etdirilir. Kənddaxili yollar abadlaşdırılıb. Həmçinin Böyük Qaladərəsində sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.
Kənddə ümumilikdə 50 fərdi ev var. Onlardan 13-ü yararsızdır, 37-si isə qismən yararlıdır.
Birinci mərhələdə artıq 17 ev bərpa olunub. Növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır.
İlkin olaraq kəndə 64 nəfər (14 ailə) qayıdıb.
x x x
Sonra dövlətimizin başçısı Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşüb.









11:16 / 11 Noyabr 2026
6
11:13 / 11 Noyabr 2026
22
11:11 / 11 Noyabr 2026
27
11:06 / 11 Noyabr 2026
37
10:56 / 11 Noyabr 2026
146
10:51 / 11 Noyabr 2026
64
10:48 / 11 Noyabr 2026
53
10:45 / 11 Noyabr 2026
66
10:33 / 11 Noyabr 2026
67
10:19 / 11 Noyabr 2026
72
10:13 / 11 Noyabr 2026
70
10:10 / 11 Noyabr 2026
80
10:10 / 11 Noyabr 2026
233
10:09 / 11 Noyabr 2026
135
09:56 / 11 Noyabr 2026
77
09:37 / 11 Noyabr 2026
829
09:35 / 11 Noyabr 2026
113
09:29 / 11 Noyabr 2026
92
09:25 / 11 Noyabr 2026
101
09:24 / 11 Noyabr 2026
87
09:22 / 11 Noyabr 2026
120
09:20 / 11 Noyabr 2026
98
08:58 / 11 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.