Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş qətnamə BMT-nin Komitəsində qəbul edilib
11 Noyabr 2026, 15:13
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
535
19.05.2026, 15:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Slovakiya Respublikasının Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Tarabanı qəbul edib.
Oxu24.com xəbər verir ki, dövlət başçısı özünün ötən il Slovakiyaya, Baş nazir Robert Fitsonun isə ölkəmizə səfərlərini xatırladaraq, son dövrlərdə Slovakiyadan yüksəksəviyyəli nümayəndə heyətlərinin Azərbaycana gəldiklərini qeyd etdi və vurğuladı ki, bu, ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini göstərir. Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında mövcud dostluğu və tərəfdaşlığı yüksək qiymətləndirərək, əməkdaşlığın səviyyəsindən məmnun olduğunu dedi.
Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Tomaş Taraba qeyd etdi ki, Slovakiya hər zaman Azərbaycanın yanındadır. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğuladı.
Slovakiya Baş nazirinin müavini dedi ki, ölkəsinə qaz lazım olduqda Azərbaycan etibarlı təchizatçı olub.
Tomaş Taraba Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsinin önəminə də toxundu.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev hazırda Azərbaycanın 12 Avropa ölkəsini, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətini qazla təchiz etdiyini dedi, gələcəkdə bu rəqəmin artmasının mümkünlüyünü vurğuladı.
Görüşdə ikitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edildi, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.



17:13 / 11 Noyabr 2026
1
17:12 / 11 Noyabr 2026
10
16:35 / 11 Noyabr 2026
80
16:07 / 11 Noyabr 2026
94
16:04 / 11 Noyabr 2026
196
16:01 / 11 Noyabr 2026
105
16:00 / 11 Noyabr 2026
83
15:50 / 11 Noyabr 2026
94
15:50 / 11 Noyabr 2026
95
15:40 / 11 Noyabr 2026
92
15:31 / 11 Noyabr 2026
443
15:27 / 11 Noyabr 2026
666
15:13 / 11 Noyabr 2026
114
15:07 / 11 Noyabr 2026
172
14:51 / 11 Noyabr 2026
124
14:43 / 11 Noyabr 2026
193
14:39 / 11 Noyabr 2026
286
14:36 / 11 Noyabr 2026
124
14:26 / 11 Noyabr 2026
3044
14:13 / 11 Noyabr 2026
909
13:58 / 11 Noyabr 2026
344
13:54 / 11 Noyabr 2026
640
13:48 / 11 Noyabr 2026
198
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.