Ukrayna Azərbaycana minnətdardır - Andrey Sibiqa
06 May 2026, 22:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
67
06.05.2026, 21:29
İsrailin Baş naziri Benyamin Netanyahu Müdafiə Ordusuna (IDF) İranla hərbi əməliyyatların bərpası da daxil olmaqla, hər hansı bir ssenariyə hazır olmaq barədə tapşırıq verib.
Oxu24.com xəbər verir ki, bu barədə İsrailin siyasi dairələrindəki mənbə məlumat yayıb.
Mənbənin sözlərinə görə, Baş nazir ordunun lazım gələrsə, dərhal döyüş meydanına qayıtmalı olduğunu vurğulayıb.
IDF-in Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir də İsrail hərbçilərinin İrana qarşı genişmiqyaslı əməliyyatları bərpa etməyə hazır olduğunu təsdiqləyib.
Həmçinin oxuyun
O bildirib ki, ordunun əlində İslam Respublikasının ərazisində vurulacaq əlavə hədəflərin siyahısı var:
“Ordu yüksək hazırlıq vəziyyətindədir. Əməliyyatın mümkün bərpası əldə edilmiş nəticələri daha da inkişaf etdirməyə və Tehranyönlü qüvvələri daha da zəiflətməyə imkan verəcək”.
CNN telekanalı isə öz mənbələrinə istinadən qeyd edir ki, hazırda İsrail rəsmiləri ABŞ ilə İrana qarşı yeni zərbələrin endirilməsi imkanlarını müzakirə edir. Məlumata görə, İsrail tərəfi İranın enerji infrastrukturu obyektlərinə və rəsmi şəxslərinə qarşı planlaşdırılan hücumlar çərçivəsində öz addımlarını Vaşinqtonla koordinasiya edir.
Xatırladaq ki, bir müddət əvvəl İsrail ABŞ-dən yeni qırıcı eskadrilyaların alınmasını təsdiqləyib ki, bu da regionda hərbi gərginliyin yeni mərhələyə keçdiyini göstərir./Qafqazinfo/
23:41 / 06 May 2026
4
23:34 / 06 May 2026
15
23:30 / 06 May 2026
2034
23:29 / 06 May 2026
75
23:29 / 06 May 2026
29
23:27 / 06 May 2026
1
23:20 / 06 May 2026
68
23:16 / 06 May 2026
32
23:08 / 06 May 2026
37
23:02 / 06 May 2026
37
23:00 / 06 May 2026
105
23:00 / 06 May 2026
92
22:46 / 06 May 2026
198
22:45 / 06 May 2026
36
22:24 / 06 May 2026
136
22:23 / 06 May 2026
119
22:12 / 06 May 2026
52
21:59 / 06 May 2026
202
21:41 / 06 May 2026
107
21:08 / 06 May 2026
67
20:58 / 06 May 2026
91
20:46 / 06 May 2026
158
20:35 / 06 May 2026
209
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.