Qaynar xətt:

(+99450) 247 90 86

Vilayət Eyvazovdan YENİ TƏYİNAT: Bu şəxsi "Bandotdel"ə rəis GÖNDƏRDİ

2019-07/1562934089_vilayet_eyvazov_1562763735.jpg

SİYASƏT

2042

12.07.2019, 16:21

\"\" 
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub. Oxu24.com  xəbər verir ki, bu barədə strateq.az saytı məlumat yayıb. Yeni nazir, general-polkovnik Vilayət Eyvazovun əmriylə el arasında \"Bandotdel\" kimi tanınan BMCMİ-yə Nəsimi rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyin edilib. Xatırladaq ki, Əbülfət Rzayev 1968-ci il avqust ayının 11-də anadan olub.Uzun müddət BDU-nun hüquq fakültəsində \"Konstitusiya hüququ\" və \"İnzibati hüquq\" fənlərindən dərs deyib. 1995-ci ildən həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sistemində xidmət edir. Polis sistemində xidmətə Ukraynada adi milis nəfərliyindən başlayan Əbülfət Rzayev 1995-ci ildən Azərbaycanda Ordubad ŞPİ-də sahə müvəkkili, Qaradağda əməliyyat müvəkkili, Nəsimi rayonunda Cinayət Axtarış Şöbəsində baş əməliyyat müvəkkili, Bakı şəhər Baş Polis İdrəsinin Cinayət-Axtarış İdarəsində əməliyyat müvəkkili, Xətai RPİ-də Cinayət Axtarış Şöbəsinin rəisi, Xətai RPİ-nin 37-ci Polis Bölməsinin rəisi, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, Şəki RPİ-nin rəisi, sonuncu təyinatına qədər isə Nəsimi RPİ-nin rəisi vəzifələrində işləyib. \"\"