Deputat aqrar sahədə gəlirlərə dair vergi güzəştinin müddətinin uzadılmasını təklif edib
13 Noyabr 2026, 14:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
17407
06.03.2026, 15:11
Aqrar sektorda dayanıqlı inkişaf: Kreditlər daha əlçatan olacaq - Deputat
Ölkə başçısı hər zaman kənd təsərrüfatı sahəsinin inkişafını prioritet məsələ kimi diqqətdə saxlayıb. Aqrar sektorda sahibkarlara güzəştli kreditlərin verilməsi üçün əlverişli şəraitin yaradılması, fermerlərin investisiya imkanlarının artırılması və innovativ texnologiyalara çıxışının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu addımlar kənd təsərrüfatında dayanıqlı inkişafı və iqtisadi artımı stimullaşdırır.
Məlum olduğu kimi, Prezident kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanla, kənd təsərrüfatı məhsullarının istehsalı xərclərinin (kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrə, biohumus, sertifikatlı toxum və pestisidlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə) maliyyələşdirilməsi məqsədilə müvəkkil təşkilatların (lizinq təşkilatları istisna olmaqla) vəsaiti hesabına sahibkarlıq subyektlərinə 1 il müddətə qədər verilən kreditlərin əsas borcu üzrə hesablanmış faizlərin Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına maliyyələşdiriləcək hissəsinin ödənilməsi Agentliyə dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına təmin edilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayamov Oxu24.com-a açılamasında bildirib ki, sözügedən fərman aqrar sektorun inkişafı baxımından çox vacibdir:
“Məhz aqrar sektora kreditlər verilən zaman kredit faizlərinin bir hissəsi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına maliyyələşdirilir. Eyni zamanda, 2026-cı ilin dövlət büdcəsindən kənd təsrrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi məqsədi ilə 10 milyon manatlıq vəsaitin ayrılması nəzərdə tutulub. Həmin vəsaitdən eyni zamanda kredit faizlərinin maliyyələşdirilməsi üçün istifadə olunması planlaşdırılıb.
Təbii ki, bu, bir tərəfdən sahibkarların, xüsusilə, fermerlərin kreditə müraciəti zamanı prosedurların asanlaşmasına imkan verəcək.
Çünki 15 gündən gec olmayaraq, məhz müvəkkil qurum bank tərəfindən müraciətə baxıb cavab verməlidir. Təbii ki, maliyyələşmə həyata keçirilmirsə, o halda əsaslandırılmış cavab təqdim olunmalıdır.
Daha sonra 10 iş günü ərzində həmin qərar Agentlik tərəfindən yoxlanılır və bununla bağlı agentlik tərəfindən ödənilən faizlər müəyyənləşdirilir, müvəkkil quruma, yəni banka məktub təqdim olunur. Əgər imtinadırsa, imtina məktubu, amma bank tərəfindən bütün qaydalar nəzərə alınaraq kreditin verilməsi ilə bağlı qərar verilibsə, o zaman Agentlik tərəfindən hansı məbləğdə vəsaitin ödənilməsi barədə məktub verilir”.
V.Bayramov həmçinin qeyd edib ki, 2026-cı ildə fermerlər məhz güzəştli kreditlərdən istifadə edə biləcəklər:
“Çünki praktiki olaraq kredit faizlərinin bir hissəsinin agentlik tərəfindən ödənilməsi bu anlama gəlir ki, bu halda kreditlərin güzəştli formada təqdim olunması və kredit xərclərinin femerlər üçün azaldılmasını müşahidə edəcəyik. Sözsüz ki, bütün bunlar da aqrar sektorun inkişafı baxımından vacib tədbir kimi qiymətləndirilir”.
Yeganə
15:01 / 13 Noyabr 2026
43
14:59 / 13 Noyabr 2026
109
14:50 / 13 Noyabr 2026
57
14:46 / 13 Noyabr 2026
69
14:33 / 13 Noyabr 2026
75
14:24 / 13 Noyabr 2026
352
14:17 / 13 Noyabr 2026
336
14:12 / 13 Noyabr 2026
75
14:05 / 13 Noyabr 2026
139
14:00 / 13 Noyabr 2026
82
13:43 / 13 Noyabr 2026
162
13:41 / 13 Noyabr 2026
82
13:20 / 13 Noyabr 2026
83
13:05 / 13 Noyabr 2026
185
12:57 / 13 Noyabr 2026
130
12:45 / 13 Noyabr 2026
121
12:32 / 13 Noyabr 2026
164
12:20 / 13 Noyabr 2026
107
12:17 / 13 Noyabr 2026
104
12:08 / 13 Noyabr 2026
772
11:55 / 13 Noyabr 2026
144
11:45 / 13 Noyabr 2026
212
11:40 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.