“ABŞ heç bir zəmanət vermir”
25 Mart 2026, 23:18
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2595
05.03.2026, 22:08
Azərbaycan Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumu ilə bağlı keçirdiyi Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib. Dövlət başçısı vurğulayıb ki, ordumuz istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar.
Bəs Prezident İlham Əliyevin elan etdiyi bir nömrəli səfərbərlik vəziyyəti nədir?
Oxu24.com xəbər verir ki, dövlətlərin təhlükəsizlik sistemində ən mühüm mexanizmlərdən biri səfərbərlik institutudur. Səfərbərlik ölkənin müdafiə qabiliyyətinin artırılması üçün dövlət, iqtisadiyyat və cəmiyyətin müharibə və ya hərbi təhlükə şəraitinə uyğun rejimə keçirilməsini nəzərdə tutur.
Azərbaycanda səfərbərliklə bağlı məsələlər “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarla tənzimlənir. Bu qanunlara əsasən, səfərbərlik ölkənin silahlı qüvvələrinin və digər dövlət strukturlarının hərbi dövrə hazırlığını təmin edən tədbirlər kompleksidir.
Səfərbərlik dedikdə dövlətin hərbi təhlükə və ya müharibə vəziyyətində silahlı qüvvələrin şəxsi heyətini, ehtiyat qüvvələri və texnikanı qısa müddətdə döyüş hazırlığına gətirməsi başa düşülür. Bu proses yalnız hərbi qulluqçuların çağırılması ilə məhdudlaşmır. Səfərbərlik zamanı dövlət idarəetmə strukturları, nəqliyyat sistemi, sənaye müəssisələri və digər sahələr də xüsusi rejimdə fəaliyyətə keçə bilər.
Belə vəziyyət tətbiq edildikdə, silahlı qüvvələr tam döyüş hazırlığına gətirilir, ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilə, hərbi hissələr döyüş mövqelərinə və ya təyin olunmuş ərazilərə çıxarıla bilərlər.
Həmçinin oxuyun
Eyni zamanda, dövlət və iqtisadi strukturlar da müharibə şəraitinə uyğun fəaliyyət rejiminə keçə bilər. Bu isə faktiki olaraq ölkənin müdafiə sisteminin maksimum hazırlıq vəziyyətinə gətirilməsi deməkdir.
Xatırladaq ki, Azərbaycan Respublikasında səfərbərlik yalnız dövlət başçısı tərəfindən elan olunur. Qanunvericiliyə görə səfərbərlik elan edildiyi halda vətəndaşların bir sıra öhdəlikləri yaranır. Bunlara çağırış məntəqəsinə vaxtında gəlmək, hərbi qeydiyyat qaydalarına əməl etmək və dövlət tərəfindən müəyyən edilən səfərbərlik tədbirlərində iştirak etmək daxildir.
Səfərbərlik və hərbi vəziyyət anlayışları bəzən qarışdırılır. Halbuki, bu iki anlayış fərqli məna daşıyır. Hərbi vəziyyət ölkədə xüsusi hüquqi rejimin tətbiq olunmasını nəzərdə tutur. Səfərbərlik isə silahlı qüvvələrin və ehtiyat qüvvələrinin döyüş hazırlığına gətirilməsi prosesidir. Bəzi hallarda hərbi vəziyyət elan edilsə də, səfərbərlik dərhal həyata keçirilməyə bilər.
Xülasə, bir nömrəli səfərbərlik vəziyyəti dövlətin hərbi təhlükəyə qarşı ən yüksək hazırlıq mərhələlərindən biridir. Bu vəziyyət silahlı qüvvələrin tam döyüş hazırlığına gətirilməsi, ehtiyat qüvvələrin çağırılması və dövlət strukturlarının müharibə rejiminə uyğun fəaliyyət göstərməsi ilə xarakterizə olunur. Səfərbərlik mexanizmi ölkənin müdafiə qabiliyyətinin təmin edilməsində mühüm rol oynayan əsas təhlükəsizlik alətlərindən biri hesab olunur. /Oxu.Az/
10:32 / 26 Mart 2026
5
10:14 / 26 Mart 2026
30
09:54 / 26 Mart 2026
46
09:48 / 26 Mart 2026
39
09:33 / 26 Mart 2026
380
09:27 / 26 Mart 2026
134
08:22 / 26 Mart 2026
66
08:03 / 26 Mart 2026
154
01:29 / 26 Mart 2026
276
00:59 / 26 Mart 2026
379
00:27 / 26 Mart 2026
309
00:12 / 26 Mart 2026
368
23:38 / 25 Mart 2026
494
23:35 / 25 Mart 2026
204
23:34 / 25 Mart 2026
187
23:30 / 25 Mart 2026
331
23:18 / 25 Mart 2026
325
23:06 / 25 Mart 2026
297
23:05 / 25 Mart 2026
183
22:59 / 25 Mart 2026
397
22:57 / 25 Mart 2026
496
22:40 / 25 Mart 2026
1906
22:35 / 25 Mart 2026
377
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.