Şahbaz Şərif və İlham Əliyev Antalyada ikitərəfli tərəfdaşlığı müzakirə ediblər
18 Aprel 2026, 08:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1245
05.03.2026, 20:49
Azərbaycan Prezidenti İlham Əliyev İranın Naxçıvana dron hücumu ilə bağlı keçirdiyi Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib. Dövlət başçısı vurğulayıb ki, ordumuz istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar.
Bəs Prezident İlham Əliyevin elan etdiyi bir nömrəli səfərbərlik vəziyyəti nədir?
Oxu24.com xəbər verir ki, dövlətlərin təhlükəsizlik sistemində ən mühüm mexanizmlərdən biri səfərbərlik institutudur. Səfərbərlik ölkənin müdafiə qabiliyyətinin artırılması üçün dövlət, iqtisadiyyat və cəmiyyətin müharibə və ya hərbi təhlükə şəraitinə uyğun rejimə keçirilməsini nəzərdə tutur.
Azərbaycanda səfərbərliklə bağlı məsələlər "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlarla tənzimlənir. Bu qanunlara əsasən, səfərbərlik ölkənin silahlı qüvvələrinin və digər dövlət strukturlarının hərbi dövrə hazırlığını təmin edən tədbirlər kompleksidir.
Səfərbərlik dedikdə dövlətin hərbi təhlükə və ya müharibə vəziyyətində silahlı qüvvələrin şəxsi heyətini, ehtiyat qüvvələri və texnikanı qısa müddətdə döyüş hazırlığına gətirməsi başa düşülür. Bu proses yalnız hərbi qulluqçuların çağırılması ilə məhdudlaşmır. Səfərbərlik zamanı dövlət idarəetmə strukturları, nəqliyyat sistemi, sənaye müəssisələri və digər sahələr də xüsusi rejimdə fəaliyyətə keçə bilər.
Həmçinin oxuyun
Belə vəziyyət tətbiq edildikdə, silahlı qüvvələr tam döyüş hazırlığına gətirilir, ehtiyatda olan hərbi qulluqçuların çağırılması həyata keçirilə, hərbi hissələr döyüş mövqelərinə və ya təyin olunmuş ərazilərə çıxarıla bilərlər.
Eyni zamanda, dövlət və iqtisadi strukturlar da müharibə şəraitinə uyğun fəaliyyət rejiminə keçə bilər. Bu isə faktiki olaraq ölkənin müdafiə sisteminin maksimum hazırlıq vəziyyətinə gətirilməsi deməkdir.
Xatırladaq ki, Azərbaycan Respublikasında səfərbərlik yalnız dövlət başçısı tərəfindən elan olunur. Qanunvericiliyə görə səfərbərlik elan edildiyi halda vətəndaşların bir sıra öhdəlikləri yaranır. Bunlara çağırış məntəqəsinə vaxtında gəlmək, hərbi qeydiyyat qaydalarına əməl etmək və dövlət tərəfindən müəyyən edilən səfərbərlik tədbirlərində iştirak etmək daxildir.
Səfərbərlik və hərbi vəziyyət anlayışları bəzən qarışdırılır. Halbuki, bu iki anlayış fərqli məna daşıyır. Hərbi vəziyyət ölkədə xüsusi hüquqi rejimin tətbiq olunmasını nəzərdə tutur. Səfərbərlik isə silahlı qüvvələrin və ehtiyat qüvvələrinin döyüş hazırlığına gətirilməsi prosesidir. Bəzi hallarda hərbi vəziyyət elan edilsə də, səfərbərlik dərhal həyata keçirilməyə bilər.
Xülasə, bir nömrəli səfərbərlik vəziyyəti dövlətin hərbi təhlükəyə qarşı ən yüksək hazırlıq mərhələlərindən biridir. Bu vəziyyət silahlı qüvvələrin tam döyüş hazırlığına gətirilməsi, ehtiyat qüvvələrin çağırılması və dövlət strukturlarının müharibə rejiminə uyğun fəaliyyət göstərməsi ilə xarakterizə olunur. Səfərbərlik mexanizmi ölkənin müdafiə qabiliyyətinin təmin edilməsində mühüm rol oynayan əsas təhlükəsizlik alətlərindən biri hesab olunur. Oxu.Az
09:36 / 18 Aprel 2026
16
09:30 / 18 Aprel 2026
20
08:45 / 18 Aprel 2026
37
08:41 / 18 Aprel 2026
37
08:38 / 18 Aprel 2026
44
00:43 / 18 Aprel 2026
159
00:02 / 18 Aprel 2026
129
23:45 / 17 Aprel 2026
88
23:43 / 17 Aprel 2026
2399
23:41 / 17 Aprel 2026
89
23:39 / 17 Aprel 2026
322
23:35 / 17 Aprel 2026
218
23:29 / 17 Aprel 2026
144
23:10 / 17 Aprel 2026
401
23:07 / 17 Aprel 2026
3601
22:40 / 17 Aprel 2026
220
22:31 / 17 Aprel 2026
134
22:24 / 17 Aprel 2026
3367
22:21 / 17 Aprel 2026
147
22:21 / 17 Aprel 2026
85
22:19 / 17 Aprel 2026
72
22:12 / 17 Aprel 2026
106
22:08 / 17 Aprel 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.