Rusiyadan yüksək vəzifəli şəxs Bakıya səfərə gəldi
15 Aprel 2026, 21:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
5401
05.03.2026, 14:32
Xəbər verdiyimiz kimi, bu gün İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Dron hücumları zamanı iki nəfər mülki şəxs xəsarət alıb. Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda həmin şəxslərin vəziyyəti stabildir.
Beynəlxalq məsələlər üzrə mütəxəssis, politoloq Əziz Əlibəyli İranın nə üçün Naxçıvan Muxtar Respublikasını hədəf alması barədə fikirlərini Oxu24.com-la bölüşüb.
Politoloqun sözlərinə görə, İranın Naxçıvanı hədəf alması, həm də Türkiyə kartı ilə hərəkətə keçməsi deməkdir:
“İran rejimi qüruba yaxınlaşır və yaxınlaşdıqca da ətraf ölkələri daha çox qorxu altında saxlayır, təhdid və şantaj edir ki, Amerika Birləşmiş Ştatları üzərində bir basqı yaratsın. Digər tərəfdən, bu hücum Azərbaycana da bir mesajdır. Məlumdur ki, Naxçıvan kommunikasiyalar, Zəngəzur dəhlizi baxımdan ölkəmiz üçün vacibdir...Təbii ki,İranın burada məkrli siyasəti var. Bu,siyasəti həyata keçirmək üçün bu addımlar atılıb”,-deyə politoloq qeyd edib.
Qeyd edək ki, münaqişə başlayandan bəri Azərbaycan İranla qonşuluq siyasətinə sadiq qalıb, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Abbas Əraqçıya zəng edərək, Azərbaycan ərazisindən heç bir qonşu və dost dövlətə, o cümlədən İrana qarşı istifadə edilməyəcəyi ilə bağlı Ali Baş Komandan İlham Əliyevin dəfələrlə dediyi fikirləri bir daha xatırladıb.
Həmçinin oxuyun
Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali rəhbəri Xameneinin öldürülməsi ilə bağlı bu ölkəyə başsağlığı verən nadir dünya liderlərindən biri olub. Prezident İranın Azərbaycandakı səfirliyini şəxsən ziyarət edib, başsağlığı verib.
Azərbaycan İran səfirinin mətbuat konfransı keçirərək ölkəsinin mövqeyini ifadə edə bildiyi azsaylı ölkələrdən olub.
Azərbaycan İranla sərhəd-keçid məntəqəsindən keçidi təmin edərək, həm İrandakı digər ölkə vətəndaşlarının təxliyəsinə, həm də İran vətəndaşlarının öz ölkələrinə keçidinə şərait yaradıb.
Bütün bunlara baxmayaraq, molla rejimi bu gün hədəfləri arasına Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını daxil edib, Naxçıvan şəhəri və aeroportunun ərazisinə dron zərbələri endirib.
Bu isə molla rejiminin mahiyyətini, düşmənçilik xislətini və nankorluğunu bir daha ortaya qoyur.
Növbəti dəfə aydın olur ki, İran rejimi dağıdıcı, heç bir “qırmızı xətt” tanımayan, qonşuluq, dostluq siyasətindən anlamayan mahiyyətə malikdir. Bu rejimin addımları onun dostluq və xeyirxahlığı anlamamaqla yanaşı, beynəlxalq hüquqa və ölkələrin suverenliyinə hörmət etmədiyini də göstərir.
Yeganə
08:04 / 16 Aprel 2026
1
00:53 / 16 Aprel 2026
237
00:39 / 16 Aprel 2026
99
23:47 / 15 Aprel 2026
250
23:34 / 15 Aprel 2026
248
23:22 / 15 Aprel 2026
509
23:13 / 15 Aprel 2026
86
23:13 / 15 Aprel 2026
1832
22:47 / 15 Aprel 2026
92
22:45 / 15 Aprel 2026
127
22:42 / 15 Aprel 2026
1729
22:37 / 15 Aprel 2026
89
22:25 / 15 Aprel 2026
99
22:22 / 15 Aprel 2026
115
22:22 / 15 Aprel 2026
77
22:20 / 15 Aprel 2026
94
22:08 / 15 Aprel 2026
464
22:05 / 15 Aprel 2026
85
21:57 / 15 Aprel 2026
218
21:52 / 15 Aprel 2026
93
21:45 / 15 Aprel 2026
88
21:41 / 15 Aprel 2026
274
21:41 / 15 Aprel 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.