Azərbaycanın su təhlükəsizliyi üçün YENİ ADDIM: Ermənistanla hansı razılaşma əldə olunacaq?
13 Noyabr 2026, 16:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1070
04.03.2026, 11:04
Milli Məclisin ötən günkü plenar iclasında çıxış edən komitə sədri Fazil Mustafa Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı ölkədəki ciddi problemlərdən birinə diqqət çəkib.
Ombudsmanın məruzəsini dəstəkləyən deputat ardınca təəssüflə qeyd edib ki, ölkədə nikah və boşanma statistikası ürəkaçan deyil:
“Son 9 ay ərzində 40 min nikah qeydə alınıb, onlardan 17 mini boşanma ilə nəticələnib. Xüsusilə Bakı şəhərində vəziyyət daha narahatedicidir. Qeydə alınan nikahların təxminən 56 faizi qısa müddət ərzində boşanma ilə nəticələnir. Hər 100 nikahın 56-sı pozulur. Bu isə olduqca ciddi sosial problemdir. Boşanma prosesində aliment məsələsi də ciddi müzakirə mövzusudur. Bir çox hallarda məsuliyyət əsasən kişi tərəfin üzərinə qoyulur və aliment öhdəliyi müəyyən edilir. Eyni zamanda, iddialar var ki, bəzi hallarda ailə qurulduqdan və övlad dünyaya gəldikdən sonra məqsədli şəkildə boşanma təşəbbüsü irəli sürülür və aliment əldə etmək əsas motivə çevrilir”.
F.Mustafanın fikrincə, bu kimi hallarda məhkəmələrin daha obyektiv və hərtərəfli araşdırma aparması vacibdir:
“Ailənin dağılmasının səbəbləri düzgün qiymətləndirilməli, aliment məsələsində ədalət prinsipi əsas götürülməlidir. Çünki ailə münaqişələrində səbəbkarın müəyyənləşdirilməsi hər zaman asan olmur və maddi maraq faktoru bəzən prosesə təsir göstərə bilir”.
Komitə sədri digər məsələdən də bəhs edib. Bildirib ki, Rusiya ərazisində yaşayan azərbaycanlılarla bağlı son dövrlər müxtəlif narahatedici hallar müşahidə olunur:
“Azərbaycan vətəndaşları müxtəlif ittihamlarla həbs edilir, hüquqlarının müdafiəsi çətinləşir. Bəzi hallarda ailə üzvlərindən bir qismi ölkəni tərk etməyə məcbur olur, digərləri isə hüquqi problemlərlə üzləşir. Onların hüquqlarının qorunması, hüquqi müdafiəsinin gücləndirilməsi istiqamətində daha sistemli tədbirlərin görülməsi vacibdir. Həmçinin ölkəyə giriş-çıxış məsələlərində yaranan çətinliklərin aradan qaldırılması da diqqət mərkəzində olmalıdır”.
Deputat əlilliyin verilməsində də problemlərin olduğunu Ombudsman Aparatının diqqətinə çatdırıb:
“Biləsuvar rayonundan bir vətəndaşla bağlı müraciət olmuşdu. Şəxs uşaqlıqdan səhhətində ciddi problem yaşayır, danışa bilmir və öz hüquqlarını müdafiə etmək imkanına malik deyil. Lakin ona birinci qrup əlillik təyin olunması üçün ruhi xəstəxanada yatmaq tövsiyə edilib. Halbuki məsələ psixi xəstəliklə bağlı deyil. Belə hallarda vətəndaşın vəziyyətinin düzgün qiymətləndirilməsi və artıq prosedur tələblərlə üzləşdirilməməsi son dərəcə vacibdir”.
16:59 / 13 Noyabr 2026
15
16:51 / 13 Noyabr 2026
35
16:37 / 13 Noyabr 2026
64
16:29 / 13 Noyabr 2026
48
16:08 / 13 Noyabr 2026
156
16:00 / 13 Noyabr 2026
66
15:42 / 13 Noyabr 2026
277
15:37 / 13 Noyabr 2026
83
15:30 / 13 Noyabr 2026
85
15:01 / 13 Noyabr 2026
94
14:59 / 13 Noyabr 2026
210
14:50 / 13 Noyabr 2026
108
14:46 / 13 Noyabr 2026
95
14:33 / 13 Noyabr 2026
102
14:24 / 13 Noyabr 2026
543
14:17 / 13 Noyabr 2026
453
14:12 / 13 Noyabr 2026
105
14:05 / 13 Noyabr 2026
195
14:00 / 13 Noyabr 2026
110
13:43 / 13 Noyabr 2026
229
13:41 / 13 Noyabr 2026
110
13:20 / 13 Noyabr 2026
107
13:05 / 13 Noyabr 2026
255
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.