Azər Allahverənov: "Prezidentin Dublin səfəri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş imicini təsdiqləyir"
13 Noyabr 2026, 18:15
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
950
02.03.2026, 10:40
Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Bakı Ekspo Mərkəzinin həyətində məişət tullantıları daşıyan texnikalarla tanış olub.
Oxu24.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Gəncə avtomobil zavodunda istehsal edilən bu texnikalar müxtəlif şəhər və rayonlara göndəriləcək.
Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov və "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev layihə barədə dövlət başçısına məlumat veriblər.
Bildirilib ki, ümumilikdə layihə çərçivəsində hər birinin tutumu 22 kubmetr olan 70 kommunal texnika istehsal edilib. Kommunal texnikanın iki toplantı meydançasından - Bakı şəhərində Ekspo Mərkəzinin qarşısından və Gəncə şəhərində avtomobil zavodunun həyətindən Azərbaycanın 58 şəhər və rayonuna göndərilməsi nəzərdə tutulur.
Azərbaycanda paytaxt Bakı ilə yanaşı, bölgələrimizin inkişafı, orada müasir sosial infrastrukturun, o cümlədən parkların, yaşıllıq və meşə zolaqlarının yaradılması və bununla da ümumilikdə ölkəmizin ekoloji durumunun yaxşılaşdırılmasına yönəlmiş layihələr ardıcıl şəkildə davam etdirilir.
Bu baxımdan məişət tullantıları daşıyan texnikaların şəhər və rayonlarımıza göndərilməsi bir neçə vacib amili özündə birləşdirir. Belə ki, bu, ilk növbədə regionlarda kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və sanitariya-gigiyena vəziyyətinin yaxşılaşdırılmasına töhfə verəcək.
Beləliklə, müasir yeni texnikalar məişət tullantılarının vaxtında və səmərəli daşınmasını, yaşayış məntəqələrində təmizlik işlərinin daha keyfiyyətli aparılmasını təmin edəcək. Bununla yanaşı, layihə ətraf mühitin mühafizəsi baxımından da mühüm rol oynayır. Layihənin daha bir mühüm məqamı odur ki, bu texnikalar yerli istehsaldır. Ümumilikdə, indiyədək Gəncə avtomobil zavodunda çox sayda traktor, kombayn, digər kənd təsərrüfatı texnikası, minik və yük avtomobili və sair texnika istehsal olunub.
Qeyd edək ki, Gəncə avtomobil zavodunun əsası 1986-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. 2004-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə bu istehsal müəssisəsi fəaliyyətə başlayıb. Hazırda zavodda 500-ə yaxın işçi çalışır.
18:04 / 13 Noyabr 2026
39
17:59 / 13 Noyabr 2026
43
17:46 / 13 Noyabr 2026
61
17:30 / 13 Noyabr 2026
55
17:18 / 13 Noyabr 2026
53
17:13 / 13 Noyabr 2026
204
17:07 / 13 Noyabr 2026
65
16:59 / 13 Noyabr 2026
71
16:51 / 13 Noyabr 2026
93
16:37 / 13 Noyabr 2026
119
16:29 / 13 Noyabr 2026
93
16:08 / 13 Noyabr 2026
227
16:00 / 13 Noyabr 2026
99
15:42 / 13 Noyabr 2026
357
15:37 / 13 Noyabr 2026
106
15:30 / 13 Noyabr 2026
106
15:01 / 13 Noyabr 2026
135
14:59 / 13 Noyabr 2026
278
14:50 / 13 Noyabr 2026
154
14:46 / 13 Noyabr 2026
122
14:33 / 13 Noyabr 2026
131
14:24 / 13 Noyabr 2026
641
14:17 / 13 Noyabr 2026
521
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.