Əraqçi Pakistanda ABŞ nümayəndə heyəti ilə görüşməyəcək
24 Aprel 2026, 19:52
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
600
14.02.2026, 19:56
“Azərbaycanla Ermənistan arasında rəsmi sülh sazişi imzalanacaq, hər şey Ermənistan Konstitusiyasına dəyişiklik edilərək, orada artıq otuz ildir mövcud olan Azərbaycana qarşı ərazi iddiasının çıxarılmasından asılıdır”.
Oxu24.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib.
Dövlət başçısı qeyd edib ki, bu addım atıldıqdan dərhal sonra sülh sazişi rəsmi şəkildə imzalanacaq: “Bu müddət ərzində isə Beynəlxalq Sülh və Rifah Naminə Tramp marşrutu yeni bağlantı xətlərinin yaradılmasında mühüm rol oynayacaq. Artıq qeyd etdiyim kimi, Çin, Mərkəzi Asiya, Transxəzər, Azərbaycan, Ermənistan, Azərbaycanın eksklavı Naxçıvan, Türkiyə və oradan Avropaya uzanan nəqliyyat marşrutu tamamilə yeni bir vəziyyət yaradacaq.
Bu, bütün ölkələr üçün faydalı olacaq. Marşrut üzərində yerləşən bütün dövlətlər siyasi və iqtisadi baxımdan daha sıx inteqrasiya olunacaqlar. Bu isə Azərbaycanla Ermənistan arasında uzunmüddətli və davamlı sülhə əlavə töhfə verəcək. Çünki sülh yalnız real və ardıcıl sülh prosesi olduqda mümkündür. Sənədin imzalanması vacibdir.
Bu, əsasdır. Lakin bundan sonra atılan addımlar da heç də az əhəmiyyət daşımır. Azərbaycanla Ermənistan arasında son qanlı toqquşmadan Vaşinqton sammitinədək keçən müddət iki ildən az olub.
Həmçinin oxuyun
Düşünürəm ki, bu, xüsusilə otuz il davam etmiş münaqişələr üçün nadir göstəricidir. Hər iki tərəf bu qarşıdurmaya son qoymaq və sülh səhifəsini açmaq üçün güclü siyasi iradə nümayiş etdirdi.
Biz cəmi altı aydır ki, sülh şəraitində yaşayırıq. İnanın, bu, çox xüsusi və çox xoş bir hissdir. Bu hissi Azərbaycan əhalisinin hamısı və əminəm ki, Ermənistan cəmiyyəti də bölüşür.
Bağlantı layihələri və nəqliyyat dəhlizləri bizi daha da yaxınlaşdıracaq, qarşılıqlı asılılığı artıracaq və Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaradacaq. Nəhayət, Azərbaycan, Gürcüstan və Ermənistan üçtərəfli əsasda qarşılıqlı əməkdaşlığa başlayacaqlar”.
21:10 / 24 Aprel 2026
26
20:55 / 24 Aprel 2026
22
20:49 / 24 Aprel 2026
36
20:29 / 24 Aprel 2026
58
20:08 / 24 Aprel 2026
67
19:52 / 24 Aprel 2026
52
19:37 / 24 Aprel 2026
60
19:29 / 24 Aprel 2026
109
19:18 / 24 Aprel 2026
60
18:59 / 24 Aprel 2026
214
18:48 / 24 Aprel 2026
80
18:35 / 24 Aprel 2026
109
18:22 / 24 Aprel 2026
79
18:18 / 24 Aprel 2026
181
18:12 / 24 Aprel 2026
164
18:00 / 24 Aprel 2026
67
17:40 / 24 Aprel 2026
82
17:20 / 24 Aprel 2026
241
17:15 / 24 Aprel 2026
66
16:44 / 24 Aprel 2026
185
16:43 / 24 Aprel 2026
77
16:40 / 24 Aprel 2026
91
16:05 / 24 Aprel 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.