Moskva və Pekin niyə KƏNARDA DAYANIR: Tehran niyə TƏK QALIB? TƏHLİL
09 Mart 2026, 20:52
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
445
11.02.2026, 12:47
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 11-də Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın ərəb dünyasını təmsil edən ölkələrlə siyasi, iqtisadi və digər sahələri əhatə edən sıx əlaqələrinin olduğunu deyərək münasibətlərin genişləndirilməsində özünün ərəb ölkələrinə, ərəb dövlətlərinin liderlərinin isə Azərbaycana səfərlərinin rolunu qeyd edib.
Dövlət başçısı ölkəsinin islam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələrə toxunub, bu xüsusda Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında yüksək səviyyədə əlaqələrin qurulduğunu deyib, Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəsinə səfərinin səmərəli olacağına əminliyini bildirib.
Qonaq, ilk növbədə, dövlət başçısına qəbula görə minnətdarlığını ifadə edib.
Ərəb Parlamentinin prezidenti Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdıraraq regionda və dünyada sülhün bərqərar edilməsində Prezident İlham Əliyevin xüsusi rolunu qeyd edib və dünyanın dövlət başçısı kimi liderlərə ehtiyacı olduğunu bildirib.
Prezident İlham Əliyev xoş sözlərə və təbriklərə görə minnətdarlığını ifadə edib, sülhün əldə olunmasının bütövlükdə regionun inkişafı üçün mühüm əhəmiyyət daşıdığını deyib, sülh gündəliyinin irəli aparılmasında ABŞ Prezidentinin xüsusi roluna toxunub.
Qonaq ərəb dünyasının gündəliyində duran məsələlərdə, o cümlədən Fələstin məsələsində göstərdiyi qətiyyətli dəstəyə görə dövlət başçısına ərəb xalqı adından dərin təşəkkürünü bildirib.
Həmçinin oxuyun
Azərbaycanın həmişə Ərəb Dövlətləri Liqasının yekdil mövqeyinə uyğun olaraq Fələstin məsələsinin "iki dövlət" prinsipi əsasında həllini dəstəklədiyini vurğulayan Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Şarm-əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirakını, həmçinin Azərbaycanın Sülh Şurasına dəvət edildiyini məmnunluqla xatırladıb, ölkənin sülh prosesinə töhfə vermək əzmində olduğunu qeyd edib.
Dövlət başçısı Azərbaycanın xarici siyasətində müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişafının prioritet istiqamətlərdən biri olduğunu deyib.
Söhbət əsnasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işlərinə toxunulub. Prezident İlham Əliyev 30 ilə yaxın davam edən işğal dövründə Ermənistan tərəfindən maddi mədəniyyət abidələrinin, o cümlədən İslam dininə aid abidələrin, məscidlərin dağıldığını bildirib, hazırda onların bərpa olunduğunu qeyd edib.
Görüşdə Azərbaycanla Ərəb Dövlətləri Liqasının qanunverici orqanı olan Ərəb Parlamenti arasında əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
00:15 / 10 Mart 2026
27
00:14 / 10 Mart 2026
23
00:10 / 10 Mart 2026
27
23:57 / 09 Mart 2026
113
23:55 / 09 Mart 2026
2212
23:49 / 09 Mart 2026
118
23:49 / 09 Mart 2026
36
23:46 / 09 Mart 2026
42
23:42 / 09 Mart 2026
129
23:29 / 09 Mart 2026
403
23:27 / 09 Mart 2026
143
23:23 / 09 Mart 2026
45
23:18 / 09 Mart 2026
38
23:15 / 09 Mart 2026
44
23:13 / 09 Mart 2026
45
23:07 / 09 Mart 2026
43
23:02 / 09 Mart 2026
199
22:59 / 09 Mart 2026
50
22:55 / 09 Mart 2026
38
22:43 / 09 Mart 2026
555
22:34 / 09 Mart 2026
52
22:32 / 09 Mart 2026
47
22:21 / 09 Mart 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.