Prezident son qəbulları niyə Qəbələdə keçirir?
27 Aprel 2026, 16:09
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
485
11.02.2026, 11:08
Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.
Oxu24.com-un məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Ortaq dini-mədəni köklər və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Son dövrdə Azərbaycan-İran münasibətlərinin dinamikasının artması məmnunluq doğurur.
Həmçinin oxuyun
Sizin keçən il Azərbaycana həm rəsmi, həm də işgüzar səfərləriniz dövlətlərarası münasibətlərimizin tarixində yeni səhifə açaraq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafına təkan verib.
Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi genişlənir və yeni məzmunla zənginləşir. Müxtəlif səviyyələrdə səfərlərin intensiv xarakteri, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Dövlət Komissiyasının səmərəli fəaliyyəti qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi üçün əlverişli imkanlar yaradır.
İnanıram ki, regionumuzun təhlükəsizliyi və rifahı naminə Azərbaycan-İran əlaqələri və əməkdaşlığı dost və qardaş xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə möhkəmlənməyə davam edəcək.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
16:09 / 27 Aprel 2026
12
16:04 / 27 Aprel 2026
43
16:01 / 27 Aprel 2026
18
15:54 / 27 Aprel 2026
24
15:52 / 27 Aprel 2026
29
15:47 / 27 Aprel 2026
36
15:17 / 27 Aprel 2026
51
15:11 / 27 Aprel 2026
42
15:04 / 27 Aprel 2026
285
14:53 / 27 Aprel 2026
255
14:43 / 27 Aprel 2026
46
14:41 / 27 Aprel 2026
44
14:33 / 27 Aprel 2026
55
14:26 / 27 Aprel 2026
55
14:18 / 27 Aprel 2026
82
14:13 / 27 Aprel 2026
372
14:11 / 27 Aprel 2026
123
14:00 / 27 Aprel 2026
49
13:59 / 27 Aprel 2026
49
13:56 / 27 Aprel 2026
53
13:48 / 27 Aprel 2026
268
13:46 / 27 Aprel 2026
131
13:20 / 27 Aprel 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.