İranı kim idarə edir? - İsrailin Baş naziri açıqladı
19 Mart 2026, 23:53
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
488
05.02.2026, 16:41
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.
Oxu24.com xəbər verir ki, Türkiyədəki zəlzələnin üçüncü ildönümü ilə bağlı məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Qardaş Türkiyə Respublikasını dərindən sarsıdan zəlzələdən üç il ötür. Dəhşətli faciə nəticəsində həlak olmuş insanların əziz xatirəsini böyük ehtiram və hörmətlə yad edirəm.
Bu fəlakət Türkiyə üçün ciddi humanitar sınaq oldu. Bir gecədə minlərlə insan həyatını itirdi, bir çox şəhər və yaşayış məntəqələri dağıntıya məruz qaldı. Həmin günlərdə Azərbaycan xalqı baş verənləri dərin ağrı hissi ilə izləyərək qardaş Türkiyənin kədərini öz kədəri kimi qəbul etdi, onun dərdinə şərik çıxdı.
Həmçinin oxuyun
Azərbaycan-Türkiyə münasibətlərinin əsasında duran sarsılmaz qardaşlıq məhz belə çətin məqamda öz real mahiyyətini nümayiş etdirdi. Faciənin ilk anlarından etibarən Azərbaycan dövləti və cəmiyyəti birlik və həmrəylik prinsiplərinə sadiq qalaraq Türkiyənin yanında oldu, dəstək və yardım əlini uzatdı.
Sizin müdrik rəhbərliyiniz altında aparılan güclü dövlət idarəçiliyi və xalqın birliyi sayəsində hazırda Türkiyə zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində mühüm nəticələr əldə etmişdir. Zərər çəkmiş bölgələrdə genişmiqyaslı yenidənqurma işlərinin aparılması, müasir yaşayış infrastrukturunun yaradılması və sosial rifahın bərpası Türkiyənin uzunmüddətli inkişaf strategiyasının bariz göstəricisidir.
Qardaşlıq borcumuzun təzahürü olaraq Azərbaycan Kahramanmaraş vilayətində aparılan yenidənqurma və bərpa işlərinə töhfə vermiş, burada “Azərbaycan” məhəlləsinin salınmasında yaxından iştirak etmişdir. Qardaş ölkənin bərpa və quruculuq səylərinə Azərbaycanın dəstəyi dostluq və müttəfiqlik münasibətlərimizin əyani ifadəsidir.
Əminəm ki, “Bir millət iki dövlət” fəlsəfəsinə əsaslanan Azərbaycan-Türkiyə güclü birliyi və strateji müttəfiqliyi bundan sonra da xalqlarımızın firavanlığına töhfə verməklə yanaşı regional sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasına xidmət edəcəkdir.
Bu anım günündə Sizə, həlak olanların ailələrinə və bütün qardaş Türkiyə xalqına bir daha dərin hüznlə başsağlığı verir, həyatlarını itirmiş bacı-qardaşlarımıza uca Allahdan rəhmət diləyirəm".
10:55 / 20 Mart 2026
5
10:30 / 20 Mart 2026
114
10:20 / 20 Mart 2026
574
10:17 / 20 Mart 2026
31
09:21 / 20 Mart 2026
31
00:58 / 20 Mart 2026
160
00:56 / 20 Mart 2026
281
00:45 / 20 Mart 2026
187
00:10 / 20 Mart 2026
142
00:03 / 20 Mart 2026
171
23:53 / 19 Mart 2026
188
23:31 / 19 Mart 2026
145
23:13 / 19 Mart 2026
156
22:59 / 19 Mart 2026
281
22:49 / 19 Mart 2026
262
22:36 / 19 Mart 2026
150
22:20 / 19 Mart 2026
151
22:11 / 19 Mart 2026
166
21:41 / 19 Mart 2026
128
21:30 / 19 Mart 2026
226
21:19 / 19 Mart 2026
428
21:06 / 19 Mart 2026
239
20:59 / 19 Mart 2026
210
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.