Hakan Fidan onunla İslamabad danışıqlarını müzakirə etdi
12 Aprel 2026, 23:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
563
05.02.2026, 15:48
Prezident İlham Əliyev qlobal miqyasda sülhü, dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq edən dövlət xadimi kimi qəbul olunur.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Əbu-Dabidə "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı yüksək nüfuzun, eyni zamanda dövlət başçısının humanizm, multikulturalizm və sülh dəyərlərinə verdiyi ardıcıl töhfənin bariz ifadəsidir.
"Bu nüfuzlu mükafatın təqdim olunması Prezidentin yalnız regional lider kimi deyil, həm də qlobal miqyasda sülhü, dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq edən dövlət xadimi kimi qəbul edildiyini bir daha təsdiqləyir. Bu mükafatın məhz Prezident İlham Əliyevə təqdim edilməsi Azərbaycanın son illərdə həyata keçirdiyi humanitar, sülhpərvər və multikultural siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin nəticəsidir".
Həmçinin oxuyun
S.Salmanova ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflandığını, həmçinin Birgə Bəyannamənin imzalandığını xatırladıb:
"Bu sənədlər qarşılıqlı etimadın möhkəmləndirilməsi, beynəlxalq hüquq prinsiplərinə əsaslanan münasibətlərin qurulması və davamlı sülhün təmin olunması baxımından mühüm addım hesab olunur. Bununla da üç onillikdən artıq müddətdə Cənubi Qafqaz regionunda gərginliyə, minlərlə insanın həlak olmasına və geniş humanitar fəsadlara səbəb olmuş qanlı və ölümcül münaqişəyə son qoyulması istiqamətində həlledici mərhələ başlanıb. Vaşinqton Zirvə Görüşü təkcə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması baxımından deyil, bütövlükdə regionda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi üçün yeni imkanlar açıb. Bu proses beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanır və uzunmüddətli sülhə aparan yolun başlanğıcı kimi dəyərləndirilir".
Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında uzunmüddətli münaqişələrin yaratdığı dərin izlərə, insan həyatına və cəmiyyətə vurduğu mənfi təsirlərə diqqət çəkib:
"Dövlət başçısı vurğuladı ki, uzunmüddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Çünki uzunmüddətli münaqişələr, illərlə davam edən qarşıdurmalar və onların doğurduğu ağır humanitar fəsadlar cəmiyyətlərdə dərin izlər buraxır. Belə şəraitdə formalaşan qarşılıqlı etimadsızlıq və gərginlik sülhə gedən yolu çətinləşdirsə də, təcrübə göstərir ki, münaqişələrin həllində əsas amillərdən biri tərəflərin güclü siyasi iradə nümayiş etdirməsi, gələcəyə yönəlmiş praqmatik yanaşma ortaya qoymasıdır. Qarşılıqlı etimadın bərpası, dialoqun təşviqi və kompromislərə hazır olmaq sülh prosesinin ayrılmaz tərkib hissəsidir. Bu baxımdan, Prezidentin də söylədiyi kimi, Azərbaycanla Ermənistan arasındakı sülh nümunəsi öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir".
13:31 / 13 Aprel 2026
1
13:26 / 13 Aprel 2026
23
13:19 / 13 Aprel 2026
26
12:59 / 13 Aprel 2026
77
12:56 / 13 Aprel 2026
41
12:45 / 13 Aprel 2026
38
12:39 / 13 Aprel 2026
453
12:34 / 13 Aprel 2026
54
12:25 / 13 Aprel 2026
43
12:23 / 13 Aprel 2026
45
12:18 / 13 Aprel 2026
40
12:13 / 13 Aprel 2026
60
12:10 / 13 Aprel 2026
50
12:04 / 13 Aprel 2026
73
12:02 / 13 Aprel 2026
44
11:55 / 13 Aprel 2026
59
11:47 / 13 Aprel 2026
1530
11:34 / 13 Aprel 2026
64
11:27 / 13 Aprel 2026
55
11:19 / 13 Aprel 2026
620
11:10 / 13 Aprel 2026
65
11:09 / 13 Aprel 2026
80
11:04 / 13 Aprel 2026
58
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.