Qaynar xətt:

(+99450) 247 90 86

Erməni deputat Bakıya BÖHTAN atdı:"90 ermənini öldürdünüz, 250 min erməni qaçdı"

Erməni deputat Bakıya BÖHTAN atdı:\"90 ermənini öldürdünüz, 250 min erməni qaçdı\"

SİYASƏT

1710

14.01.2026, 11:18

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükündən sonra revanşist ermənilərin bir az yumuşalacağına, nifrət və ədavət nitqlərini  kəsəcəyinə ümid vardı. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan da elan etdi ki, Azərbaycandan benzin idxalı qiymətləri aşağı salıb.

Bildiyiniz kimi Azərbaycandan ilk yanacaq isə Ermənistana 18 dekabr 2025-ci ildə yola salınıb. SOCAR-ın istehsal etdiyi Aİ 95 markalı benzindən ibarət 22 vaqonluq yük Ermənistana çatıb. 9 yanvarda 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib. 11 yanvarda 979 ton Aİ-92 markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar yanvarın 11-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Təəssüf ki, bu əlaqələr Ermənistan parlament üzvlərini hələ də ədavət və nifrətdən uzaqlaşdıra bilmir. 

Oxu24. com xəbər verir ki,  “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan  1990-cı ildə olmayan “erməni qırğınları” barədə,    hadisələr , rəvayətlər  uyduruaraq Azərbaycan xalqını və dövlətini təhqir edib. Məqalə "Hraparak" nəşrində dərc olunub."Bakıda törədilən erməni qırğınları 13 yanvar 1990-cı ildə  başladı. Azərbaycanlı qatillər 90-dan çox etnik erməni mülki şəxsə - uşaqlara, qadınlara və yaşlılara işgəncə verərək qətlə yetirdilər. İşləyib Bakını çiçəkləndirən təxminən 250.000 nəfər ( Başqa mənbələrdə ermənilər bu rəqəmi 350 min nəfər yazırlar- red- Ə.R.) bir neçə gün ərzində bütün əmlakını itirdi və çətinliklə Türkmənistana qaçdı. Ermənistanı tərk edən və Sovet Ermənistanı hökumətindən əmlaklarına görə ədalətli kompensasiya alan azərbaycanlılar ermənilərin evlərində yerləşdirildi.

Sovet ordusu 20 yanvarda Bakıya daxil oldu. Toqquşmalar nəticəsində 150 vəhşi, qatil ( erməni deputat “qatil” sözündən sonra daha iyrənc bir söz deyib ki, şəhidlərimizin xatirinə o kəlməni bura yazmıram-red-Ə.R.)  öldürüldü. Bu gün onlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlar hesab olunurlar, dövlət mərasiminin bir hissəsi olan Şəhidlər Parkında dəfn olunurlar..."

İndi burda  məsuliyyət  Qafqazın qüdrətli dövləti olan Azərbaycanın üzərinə düşür ki, həmin deputatı -  Artur Xaçatryanı Bakıya gətirsin və sual etsin: Əgər 1990-cı ildə ermənilər Bakıdan işgəncələrə və öldürüldüklərinə görə  qaçıblarsa hazırda minlərlə erməni niyə Bakıda yaşayır? O,  Azərbaycana qovduğunuz, evini,  var dövlətini,  yurdunu əlindən alıb çöllərə saldığınız azərbaycanlıların qəzəbindən  qorxmasından qaçmayıblarmı?

 Sizə xatırladaq:1988–1990-cı illər ərzində Ermənistanda 216 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş və ya millətlərarası münaqişə zəminində baş vermiş hadisələr nəticəsində həlak olmuşdur. Həmin siyahıya əsasən, 52 nəfər aldığı xəsarət nəticəsində ölmüş, 34 nəfər işgəncə ilə öldürülmüş, 20 nəfər odlu silahla qətlə yetirilmiş, 15 nəfər yandırılmış, 8 nəfər maşınla vurulmuş, 9 nəfər yollarda qəzaya uğradılmış, 7 nəfər həkim qəsdi nəticəsində, 9 nəfər dəhşətli hisslərdən keçirdiyi infarkt nəticəsində ölmüş, 2 nəfər intihar etmiş, bir nəfər asılmış, 2 nəfər maşın partladılması nəticəsində, bir nəfəri elektrik cərəyanı ilə, bir nəfəri suda boğub öldürmüşdülər, 6 nəfər itkin düşmüş, 20 nəfər xəstəxanadan yoxa çıxmış, 48 nəfər isə dağlarda borana düşüb həlak olmuşlar Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq etmədilərmi? Eyni hadisənin  bənzəri Quqarkda həyata keçirildi. 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrdə boruya dolduraraq hər iki tərəfini bağlayıblarmış. Yalnız dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamın üstünü açaraq dəhşətə gəlmişdilər. Ermənilərin Bakını tərk edib qaçmasının səbəbi onlara qarşı uydurduğunuz işğəncə-filan deyildi. Azərbaycana pənah gətirmiş qaçqın azərbaycanlıların qəzəbindən qorxmaq idi.

Еrmənistаn qаdınlаr şurаsı Bakıdаkı qаnlı 1990-cı il, 20 Yаnvаr günlərində belə bir şüar səsləndirdilər, həm də o vaxtkı dövlət televiziyasında : "Sizi mаtəm günü münаsibətilə təbrik еdirik. Sizə bundаn sоnrа dа аğır mаtəmlər аrzulаyırıq. Аllаh sizin hаmınızı məhv еdəcək".

 Əslində, biz də bu faciələri unutmamalıyıq, təəssüf ki, unutqanlıq genetikamızdadır. 

 Əntiqə Rəşid

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

23:22 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq

74

0
 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

22:47 / 12 May 2026

TİBB TİBB

 Endokrinoloq: “Çörək tamamilə zərərli deyil, əsas məsələ düzgün seçim və miqdardır”

149

0
"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

22:38 / 12 May 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

"Hörmüz"lə bağlı gərginlik: Neft ucuzlaşır, manatı nələr gözləyir?

87

0
Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

22:20 / 12 May 2026

DÜNYA DÜNYA

Bu gün “Avroviziya”nın birinci yarımfinalı keçiriləcək  

78

0
Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

21:59 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Androloq Elgün Hacıyev: “Yuxu rejimi, stres və həyat tərzi kişi sağlamlığına birbaşa təsir edir”  

89

0
Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

21:54 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu ölkədə yaşayan azərbaycanlılara XƏBƏRDARLIQ

95

0
    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik -   Kimlərə şamil olunacaq?  

21:37 / 12 May 2026

HƏRBİ HƏRBİ

    Azərbaycanda hərbi xidmətlə bağlı yenilik - Kimlərə şamil olunacaq?  

110

0
İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

21:15 / 12 May 2026

CƏMİYYƏT CƏMİYYƏT

İçərişəhərin gizli incisi: Gəni Məmmədovun evi — Bakının neft bumu dövründən qalan tarixi miras  

100

0
Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

20:55 / 12 May 2026

HÜQUQ HÜQUQ

Sərxoş şəxs ifadə verirsə,bu... AÇIQLAMA 

89

0
Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

20:44 / 12 May 2026

TİBB TİBB

Kardioloqdan vacib açıqlama: stent ürəyi “tam sağaltmır”, əsas məqsəd infarkt riskini azaltmaqdır  

182

0
Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

20:42 / 12 May 2026

DÜNYA DÜNYA

Yunanıstan sahillərində dənizə düşən pilotsuz təyyarə bu ölkənin imiş

94

0
Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

20:39 / 12 May 2026

SİYASƏT SİYASƏT

Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO 

92

0