Slovakiya nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
13 May 2026, 16:02
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1530
10.01.2026, 13:41
Xəbər verildiyi ki, yanvarın 8-dən 9-na keçən gecə növbəti dəfə Rusiya ordusu Ukraynanın Lvov şəhərinə ballistik raketlərlə zərbələr endirib.
Oxu24.com xatırladır ki, Rusiyanın orta mənzilli “Oreşnik” ballistik raketi ötən ilin noyabrında Dneprə atıldıqdan sonra gündəmi zəbt etdi. Hadisədən 1 həftə sonra Rusiya Prezidenti Vladimir Putin elan etdi ki, “Oreşnik”in seriya istehsalına başlanılıb.
Silah mütəxəssisləri bildirir ki, “Oreşnik” ballistik raketi Belarusdan Kiyevə 1 dəqiqə 51 saniyəyə uça bilir:
“Təxminən 1 dəqiqə 40 saniyəyə Rovne, 1 dəqiqə 44 saniyəyə Lutsk, 1 dəqiqə 51 saniyə Kiyev və 2 dəqiqə 24 saniyəyə Lvovdakı hədəfi vura bilər. Belarusdan cəmi 1 dəqiqə 4 saniyəyə Litvanın paytaxtı Vilnüsə çata bilər.
Bu arada, AB şəhərlərinə orta uçuş müddəti təxminən iki dəqiqədir: Dauqavpilsə 1 dəqiqə 22 saniyə, Lyublinə 2 dəqiqə 11 saniyə, Varşavaya 2 dəqiqə 23 saniyə və Estoniyanın Tartu şəhərinə isə 2 dəqiqə 41 saniyə, Londona 13 dəqiqəyə çata bilirsə, Berlinə 8 dəqiqəyə çatması mümkündür. Bu raketlər 4000 kilometrə qədər uçuş məsafəsinə malikdir və bir neçə hədəfi eyni anda vurmaq imkanına sahibdir”.
NATO ötən ildən hesab edir ki, Rusiya yeni “Burevestnik”, “Oreşnik” və ” Poseydon ” raketləri alyansın müdafiəsi üçün ciddi təhlükə yaradır.
“Military Watch Magazine” jurnalı yazır ki, Qərb ölkələrində “Oreşnik”ə bənzər raketlər yoxdur:
“Rusiya ayda 25 ədəd “Oreşnik” ballistik raketi istehsal edir, bu da ildə təxminən 300 ədəd raketə bərabərdir.
Rusiyanın RS-26 “Rubej” raketinin əsasında yaradılan “Oreşnik” (mənası “Fındıq ağacı” deməkdir -red-Ə.Rəşid) Rusiyanın 1980-ci illərdən sonra hazırladığı ilk ballistik raketlərdir və müasir hərbi texnologiyaların təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Mühəndis-proqramçı və ixtiraçı Oleq Drojak Rusiyanın raket zərbələrinin nəticələri ilə bağlı danışarkən bildirib ki, zərbələr torpağı və suyu çirkləndirərək insanlarda onkoloji xəstəliklər yarada bilər:
“Yerə böyük sürətlə uçub gələn raketlər yanacaq və heksogen kimi partlayıcı maddələrin qalıqları daxil olmaqla təhlükəli kimyəvi maddələr olan torpağın dərinliklərinə çökür. Ən ciddi təhlükələrdən biri yeraltı sularda təhlükəli maddələrin meydana çıxmasıdır. Çirklənmiş su böyük əraziyə yayıla və əhalinin xroniki zəhərlənməsinə səbəb ola bilər”.
Bəşəriyyət böyük təhlükə qarşısında qalmasını Rusiyaya, məğlubiyyətdən başını itirib ağlına gələni edən Putinə bağışlamayacaq.
Əntiqə Rəşid
16:38 / 13 May 2026
62
16:32 / 13 May 2026
28
16:26 / 13 May 2026
34
16:25 / 13 May 2026
207
16:19 / 13 May 2026
33
16:11 / 13 May 2026
77
16:08 / 13 May 2026
50
16:02 / 13 May 2026
49
15:51 / 13 May 2026
50
15:37 / 13 May 2026
53
15:32 / 13 May 2026
56
15:24 / 13 May 2026
753
15:17 / 13 May 2026
65
15:15 / 13 May 2026
190
15:12 / 13 May 2026
55
15:09 / 13 May 2026
109
15:07 / 13 May 2026
147
15:00 / 13 May 2026
680
14:58 / 13 May 2026
62
14:55 / 13 May 2026
66
14:46 / 13 May 2026
58
14:36 / 13 May 2026
438
14:24 / 13 May 2026
260
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.