Ərdoğanı Qazaxıstanda belə qarşıladılar - VİDEO
13 May 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1214
09.01.2026, 18:01
Bu gün nəhayət Seyid Əli Xamenei ölkədəki etirazlarla bağlı çıxış edib və o etirazların kəskinləşməsində ABŞ Prezidenti Donald Trampı günahkar hesab edib. Dini rəhbər eyni zamanda O, nümayişçiləri ABŞ Prezidentinin arzusunu reallaşdırmağa çalışmaqda ittiham edib.
Bəs görəsən, Seyid Əli Xameneinin bu müraciətindən və təbliğatından sonra etirazçılar sakitləşəcəkmi?
Politoloq Məhəmməd Əsədullazadə məsələ ilə bağlı Oxu24.com- a danışıb.
Politoloq bildirib ki, İranın dini rəhbərinin çıxışı , xalqa müraciəti onları sakitləşdirmək amacından daha çox Trampı İranın daxili işlərinə qarışmaqda ittiham edir:" Çünki bundan bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranda etiraz aksiyalarının iştirakçıları öldürülərsə, Vaşinqton Tehrana qarşı “çox sərt” zərbə endirəcək və İran “ağır bədəl ödəyəcək”. Trampın bu fikirlərinə işarə edən Xamenei isə "hər kəs bilməlidir ki, İslam Respublikası yüz minlərlə şərəfli insanın qanı bahasına qurulub və təxribatçılar qarşısında geri çəkilməyəcək" deyərək Trampı hədəf alıb.
Düzdür, Xamenei müraciətində İran xalqına da müəyyən mesajlar ötürür , onları "xarici firon, Nəmrud, Rza şah" kimi düşmənlərə qarşı səfərbər etməyə çalışır. Amma artıq ölkəni başına götürmüş etiraz aksiyalarını bir çıxışla "iflic" etmək, sakitləşdirmək absurd görünür.
Bir sözlə İranda aksiyalar hələ uzun müddət davam edəcək kimi görünür" deyə politoloq vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın ali rəhbəri Əli .
, “Fox News” telekanalına müsahibə verib. Müsahibəsində o bildirib ki, Xameneinin ölkəni tərk etməyi planlaşdır.
Müsahibə zamanı Trampa Xameneinin Rusiyaya qaçmağı düşünüb-düşünmədiyi ilə bağlı sual ünvanlanıb. ABŞ prezidenti bu suala cavabında Xameneinin konkret ölkə adı çəkmədən İrandan getməyi düşündüyünü bildirib:"O, İrandan harasa getməyi planlaşdırır”
Əntiqə Rəşid
20:58 / 13 May 2026
1
20:42 / 13 May 2026
31
20:32 / 13 May 2026
40
20:19 / 13 May 2026
52
20:03 / 13 May 2026
66
19:45 / 13 May 2026
68
19:39 / 13 May 2026
101
19:24 / 13 May 2026
79
19:12 / 13 May 2026
82
19:03 / 13 May 2026
200
19:00 / 13 May 2026
93
18:36 / 13 May 2026
135
18:13 / 13 May 2026
203
18:02 / 13 May 2026
206
17:39 / 13 May 2026
1148
17:25 / 13 May 2026
89
17:20 / 13 May 2026
81
17:18 / 13 May 2026
89
17:10 / 13 May 2026
89
16:53 / 13 May 2026
228
16:52 / 13 May 2026
84
16:38 / 13 May 2026
910
16:32 / 13 May 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.