Ərdoğanı Qazaxıstanda belə qarşıladılar - VİDEO
13 May 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
3034
08.01.2026, 19:46
Natiq Həsənov maliyyə nazirinin müavini təyin olunub.
Oxu24.com-un məlumatına görə, bununla bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu gün Sərəncam imzalayıb.
Qeyd edək ki, Natiq Namiq oğlu Həsənov 1979-cu ildə anadan olub.
Əmək fəaliyyətinə 2001-ci ildən özəl sektorda başlayıb. Həmin ildən 2008-ci ilədək bir sıra şirkət və təşkilatlarda müxtəlif vəzifələrdə çalışıb.
2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi sektorunun məsləhətçisi vəzifəsində çalışıb.
2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri vəzifəsində çalışıb.
2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
2018-ci ildən 2025-ci ilədək Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb.
10 mart 2025-ci il tarixdən 8 yanvar 2026-cı ilədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 8 yanvar 2026-cı il tarixli Sərəncamı ilə maliyyə nazirinin müavini təyin olunub.
Bir sıra xarici ölkələrdə müxtəlif təlim, seminar və kursların iştirakçısı olub, eləcə də, ölkədə keçirilmiş bir sıra beynəlxalq tədbirlərin təşkilati işlərində iştirak etmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2019-cu ildə “Tərəqqi" medalı” ilə təltif olunub.
İngilis, rus dillərini bilir. Ailəlidir, üç övladı var.
00:25 / 14 May 2026
53
23:53 / 13 May 2026
196
23:36 / 13 May 2026
130
23:05 / 13 May 2026
465
23:05 / 13 May 2026
102
23:03 / 13 May 2026
68
23:00 / 13 May 2026
143
22:57 / 13 May 2026
60
22:55 / 13 May 2026
69
22:53 / 13 May 2026
53
22:38 / 13 May 2026
235
22:05 / 13 May 2026
90
21:30 / 13 May 2026
88
21:29 / 13 May 2026
114
21:22 / 13 May 2026
77
21:16 / 13 May 2026
77
21:15 / 13 May 2026
91
21:10 / 13 May 2026
74
21:09 / 13 May 2026
106
21:04 / 13 May 2026
73
20:58 / 13 May 2026
904
20:42 / 13 May 2026
90
20:32 / 13 May 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.