Prezident açılışda iştirak edib -FOTOLAR
25 Mart 2026, 12:40
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
669
06.01.2026, 16:24
Gələn həftə Bakıda Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclası keçiriləcək.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Komissiyanın növbəti iclası yanvarın 13-də baş tutacaq. İclasda Azərbaycan tərəfdən həmsədr energetika naziri Pərviz Şahbazov, İtaliya tərəfdən isə xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Cirielli olacaq.
Xatırladaq ki, Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın V iclası 2020-ci il yanvarın 14-də Romada keçirilib.
Azərbaycanla İtaliya arasında iqtisadi əməkdaşlıq enerji, sənaye, təhsil və bərpa işləri də daxil olmaqla geniş sahələri əhatə edir. Tərəflər arasında strateji tərəfdaşlıq qorunur və İtaliya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək göstərir. Bununla yanaşı, İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələrində aktiv iştirak etməyə dəvət olunur.
Həmçinin oxuyun
Enerji əməkdaşlığı bu münasibətlərin əsas sütunlarından biridir. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan İtaliyaya 3,88 milyard ABŞ dolları dəyərində 7,9 milyard kubmetr təbii qaz ixrac edilib. Bu həcm Azərbaycanın ümumi təbii qaz ixracının 38 %-ni təşkil edir. 2024-cü ilin eyni dövrü ilə müqayisədə İtaliyaya ixrac olunan qazın həcmi 2 % azalsa da, dəyər ifadəsində 19,3 % artım qeydə alınıb.
İqtisadi göstəricilərə nəzər saldıqda, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı mövqeyini qoruyur. Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsinin həcmi 11 milyard 242 milyon 802,7 min ABŞ dolları təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9 % çoxdur və Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 25,21 %-nə bərabərdir.
Hesabat dövründə Azərbaycandan İtaliyaya ixrac 10 milyard 803 milyon 334,02 min ABŞ dolları, İtaliyadan Azərbaycana idxal isə 439 milyon 468,68 min ABŞ dolları olub. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə ixracın 9,7 % artdığını, idxalın isə 7,1 % azaldığını göstərir.
Ticarət dövriyyəsinin əsas hissəsi xam neftin payına düşür. Belə ki, ötən ilin 11 ayı ərzində Azərbaycan İtaliyaya 6 milyard 524 milyon 604,65 min ABŞ dolları dəyərində 12 milyon 670 min 719,72 ton xam neft ixrac edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,2 %, həcm baxımından isə 28,5 % artım deməkdir.
18:36 / 25 Mart 2026
1
18:22 / 25 Mart 2026
23
18:19 / 25 Mart 2026
36
18:11 / 25 Mart 2026
28
18:02 / 25 Mart 2026
34
17:54 / 25 Mart 2026
44
17:46 / 25 Mart 2026
74
17:21 / 25 Mart 2026
691
17:19 / 25 Mart 2026
224
17:11 / 25 Mart 2026
210
16:10 / 25 Mart 2026
72
15:51 / 25 Mart 2026
133
15:48 / 25 Mart 2026
71
15:03 / 25 Mart 2026
119
14:58 / 25 Mart 2026
83
14:53 / 25 Mart 2026
86
14:41 / 25 Mart 2026
338
14:38 / 25 Mart 2026
76
14:22 / 25 Mart 2026
1498
14:06 / 25 Mart 2026
79
14:03 / 25 Mart 2026
180
13:50 / 25 Mart 2026
71
13:44 / 25 Mart 2026
484
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.