Prezidentin təltif etdiyi Xalq Artisti DANIŞDI: "Xəbəri alanda imtahandan yeni çıxmışdım"
07 Yanvar 2026, 18:41
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
144
06.01.2026, 16:17
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib. Bu müsahibəni müəyyən mənada dövlət başçısının bir il ərzində gördüyü işlərin hesabatı da saymaq olar.
Müsahibədə "Kim güclüdür, o da haqlıdır" ifadəsinə Prezident fərqli yanaşma sərgiləyib.
Bu fikirdən öncə dövlət başçısı ABŞ-nin Azərbaycana tətbiq etdiyi "907-ci düzəliş"in ədalətsizliyindən bəhs edib. Bildirib ki, bu sanksiyanın qəbulunda ovaxtkı senator, sonra vitse-prezident və prezident olmuş Cozef Bayden xüsusi fəallıq göstərib.
ABŞ-nin belə senatorları, prezidentləri sayəsində Azərbaycanla münasibətlərdə gərginlik hökm sürmüşdü. Çünki Ştatların bu addımları tərəfdaşlara, onun regional və qlobal nüfuzuna ziyan vururdu. Həmin illərdə ABŞ Rusiya və Fransa ilə birlikdə həm də keçmiş Qarabağ münaqişəsinin həllində beynəlxalq vasitəçilik edən ATƏT-in Minsk qrupunun (artıq ləğv edilib - red.) həmsədrlərindən biri idi. Azərbaycana yardımları məhdudlaşdıran "907-ci düzəliş" isə ABŞ-nin vasitəçi kimi tərəfsizliyinə kölgə salırdı.
Prezident İlham Əliyev bu haqsızlığı aradan qaldırmaq üçün uzun illər çalışıb. O, müsahibəsində Ağ Evin Əfqanıstandakı əməliyyatlarının uğursuzluğuna işarə edərək bunu Bayden administrasiyasının "növbəti rəzaləti" adlandırıb. Onların Əfqanıstandan xaotik şəkildə qaçdığını və öz yaxın müttəfiqlərini orada faktiki olaraq, taleyin ümidinə buraxdığını vurğulayıb.
Dövlət başçısı deyib ki, Bayden administrasiyası "907-ci düzəliş"in aradan qaldırılmasını dayandırıb.
Həqiqətən də Bayden administrasiyası güclü ABŞ-nin haqlı olmadığını isbatladı. Çünki Ştatların ədalətinə sığınan Əfqanıstanın milyonlarla vətəndaşı taleyin ümidinə buraxıldı. Ştatlardan yüzlərlə əfqan mühacir ötən ilin sonunda deportasiya olundu. Bu proses davam edir.
Ağ Evin indiki sahibi Donald Tramp Əfqanıstan vətəndaşlarının kütləvi şəkildə ölkəsinə mühacirətində Cozef Bayden administrasiyasının yürütdüyü yanlış siyasəti tənqid etmişdi.
Güclünün, gücün haqlı olması həm də tərəfdaşına hörmətdən, onun maraqlarını nəzərə almaqdan keçir. Baydenlə keçmiş dövlət katibi Blinken hakimiyyəti erməni lobbisinin sifarişini yerinə yetirərək ABŞ ilə müxtəlif antiterror kampaniyalarda bir mövqedə olmuş Azərbaycana qarşı yenidən "907-ci düzəlişi" qüvvəyə mindirməklə tərəfdaşına haqsızlıq etmişdi.
Dövlət başçısı bu məsələyə toxunaraq deyib:
"Ancaq bu, Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını bir daha göstərir. O vaxt administrasiyanın yüksəkvəzifəli şəxsləri ilə söhbət əsnasında mən demişdim ki, gün gələcək və biz sizə bir daha lazım olacağıq. Amma onda bizim qapımızı döyməyin. Əgər o administrasiya və onun nümayəndələri bu gün hakimiyyətdə qalsaydı, biz onların bir xahişini də yerinə yetirməyəcəkdik".
Prezident bu açıqlamasında Azərbaycanın dünya gücləri ilə əlaqələri və münasibətlərini nümayiş etdirir.
Azərbaycan yeni dünya nizamında güclərlə münasibətdə etibarlı tərəfdaş, əməkdaş olduğunu isbatlayıb.
Donald Tramp yenidən prezident olduqdan sonra iki ölkə arasında əlaqələrin inkişafı, 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüşdə Azərbaycan və ABŞ arasında "Strateji Tərəfdaşlıq Xartiyası"nın hazırlanıb imzalanması üçün işçi qrupunun yaradılması və onun bu yaxınlarda ilk iclasının keçirilməsi ikitərəfli əməkdaşlığa uğurlu nümunədir.
Bu xartiya iki ölkə arasında enerji, ticarət, texnologiya və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirmək, Azərbaycanın geosiyasi və iqtisadi rolunu artırmaq məqsədi daşıyır. Bu əlaqələrdə məqsəd iki ölkə münasibətlərini daha da möhkəmləndirmək, strateji maraqları qorumaqdır.
Sənəd regional sabitliyin gücləndirilməsinə də xidmət edəcək.
ABŞ-nin dəstəyi ilə Zəngəzur dəhlizinin açılacağı zaman da uzaqda deyil. Bu, Azərbaycanın yeni dünya düzəninə verdiyi töhfədir. O, bunu böyük güclərlə əməkdaşlıq sayəsində reallaşdırır.
Azərbaycan Çinlə də strateji tərəfdaşdır. Prezident müsahibədə bu ölkəyə ötən il etdiyi dövlət səfərini yada salaraq "Hərtərəfli strateji tərəfdaşlıq haqqında" Birgə Bəyannamə imzalanmasının çox böyük uğur olduğunu qeyd edib:
"Çünki Çin də dünyada aparıcı ölkələrdən biridir və bu siyasi çərçivə, siyasi platforma, əlbəttə ki, bizim uğurlu diplomatiyamızın təzahürü sayıla bilər".
Həmin sənəddə iki ölkə arasında iqtisadi, siyasi, təhlükəsizlik, nəqliyyat və başqa sahələr üzrə əməkdaşlıq, ərazi bütövlüyü, Orta dəhlizin Çin tərəfindən dəstəklənməsi kimi məsələlər də öz əksini tapıb.
Həmçinin oxuyun
Bu, Azərbaycanın yeni dünya nizamında güclərlə birlikdə həyata keçirəcəyi yeni planlara örnək sayılar.
Dövlət başçısı Azərbaycanın D-8 təşkilatına üzv qəbul olunmasını da böyük uğur adlandırıb. Bu təşkilat 30 ilə yaxındır yaradılıb. İndiyədək ona yeni üzv qəbul olunmayıb. Azərbaycan ötən müddət ərzində bura qəbul edilən yeganə üzvdür.
Prezident bildirib ki, bu təşkilatda müsəlman dünyasının ən böyük ölkələri birləşir, Azərbaycanı dəvət etmək və seçmək böyük uğur sayıla bilər:
"Təkcə onu demək kifayətdir ki, bu təşkilatda birləşən ölkələrin ümumi əhalisi bir milyarddan, ümumi iqtisadiyyatı dörd trilyondan çoxdur. Azərbaycan nə əhali, nə iqtisadiyyat baxımından böyük ölkə sayıla bilməz. Bizim orada artıq rəsmən iştirakımız, əlbəttə ki, bizə olan hörmətin əlamətidir və bizim apardığımız müstəqil siyasətin nəticəsidir və dərhal biz fəal işlərə başladıq".
Dövlət başçısı Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsinə də toxunub. O bunu regional yanaşma, yerləşmə baxımından "nadir hadisə" adlandırıb.
Prezident Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsinin təkcə region yox, dünya üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb:
"Çünki bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır".
Dövlət başçısı Azərbaycanın yeni dünya nizamında birləşdirici, aparıcı rollardan birini oynadığına diqqət çəkib. O, ölkəsinin nəqliyyat infrastrukturun genişləndirilməsi istiqamətində görülən işlərdən də danışaraq deyib ki, mövcud struktur uzun illər ərzində kifayət etməyəcək. Ona görə əlavə vəsait qoyulur və qoyulacaq.
Dövlət başçısı Türk Dövlətləri Təşkilatının əməkdaşlığının perspektivlərinə də münasibət bildirib. O, ilk növbədə, ölkələrin hərbi potensialı və təhlükəsizliyini gücləndirməsinin vacibliyini qeyd edib.
"Bugünkü dünya belədir: kim güclüdür, o da haqlıdır. Mənim sözlərim indi, demək olar ki, həftəlik formatda bu və ya digər bölgələrdə təsdiqlənir", - Prezident vurğulayıb.
Dövlət başçısı bununla özünü güclü sayanların, yaxud güclərin haqlı olduqları məsələsinə bu baxımdan fərqli yanaşıb:
"Həm də ki, öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir, heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir. Bizim böyüklüyümüz və müdrikliyimiz, eyni zamanda, məsuliyyətimiz göz önündədir".
Dövlət başçısı bununla "kim güclüdür, o da haqlıdır" düsturuna ədalətli yanaşmanın açmasını, izahını verib. Başqa sözlə, o, ərazi bütövlüyünü, təhlükəsizliyini, müstəqilliyini, suverenliyini qorumaq, əməkdaşlıq etmək, müttəfiq olmaq üçün güclü olmağın vacibliyindən bəhs edib.
İlham Əliyev Azərbaycanın regionda güclü olduğuna işarə edərək Ermənistana münasibətdə haqlı davrandığını bildirib:
"Biz həm 2020-ci ildə, həm 2023-cü ildə, həm də bu illər arasındakı olan hadisələr zamanı güc tətbiq edərək Ermənistana, yəni onlara layiq olan cavabı verə bilərdik. Necə ki, bizim xalqımız əzab-əziyyət içində yaşayıb, necə ki, bizim ərazilərimiz viran olunub, necə ki, bizə qarşı hərbi cinayətlər törədilib, biz də onların şəhərlərini Ağdamın vəziyyətinə qoya bilərdik. Tam rahatlıqla və əminliklə deyə bilərəm ki, heç kim bizi dayandıra bilməzdi. Biz bunu etmədik. Çünki birincisi, bu, nahaq iş olardı. İkincisi, mən tam əmin idim və bilirdim ki, gec-tez müharibə, hərbi qarşıdurma dayanmalıdır və bunu biz dayandırmasaq, bu dayanmayacaq".
Prezident bu örnəklə Azərbaycanın güclü və haqlı olduğunu isbatlayıb. Bu, həm də yeni düzəndə qlobal güclərə güclü olanda necə haqlı olmağın ismarışı sayıla bilər.
Müsahibədə Türk Dövlətləri Təşkilatında bu məsələyə önəm verilməsinin zəruriliyinə də diqqət çəkilib. Dövlət başçısı təşkilata üz ölkələrin birgə hərbi təlim keçirməsi ilə bağlı ötən ilin payızında Qəbələdə keçirilən zirvə toplantısında irəli sürdüyü təklifi yada salıb. Prezident bildirib ki, Azərbaycan üzv dövlətlərlə, ən çox Türkiyə ilə ikitərəfli formatda hərbi təlimlər keçirir. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var:
"Biz Türkiyə ilə rəsmi müttəfiqlik formatında əməkdaşlıq edirik, o cümlədən hərbi müttəfiqlik, o cümlədən bir-birinə hərbi yardım çərçivəsində. Ancaq yaxşı olardı ki, ailəmiz olan türk dövlətləri bu istiqamətdə də əməkdaşlığa başlasınlar. Bunu təklif etməklə mən heç də hansısa hərbi təşkilatın yaradılmasını təklif etmirəm. Bəziləri bunu belə yozurlar. Yox, bu, tamamilə əsassızdır. Biz indi sadəcə olaraq, energetika sahəsində, nəqliyyat sahəsində, ticarət, investisiya qoyuluşu, bir çox sahələrdə əməkdaşlıq edirik. Nə üçün bu sahədə də əməkdaşlıq etməyək?".
Prezident bu müsahibə ilə həm də yeni dünya düzənində güclüyə, haqlıya yerini, mahiyyətini göstərib. Güclü olub "907-ci düzəliş" kimi haqsız qərar qəbul etmək, eyni zamanda, güclü olub müharibəni dayandırmaq da olar...
23:49 / 07 Yanvar 2026
55
23:38 / 07 Yanvar 2026
28
23:29 / 07 Yanvar 2026
666
23:28 / 07 Yanvar 2026
38
23:19 / 07 Yanvar 2026
24
23:15 / 07 Yanvar 2026
45
23:11 / 07 Yanvar 2026
64
23:04 / 07 Yanvar 2026
44
22:57 / 07 Yanvar 2026
34
22:53 / 07 Yanvar 2026
103
22:49 / 07 Yanvar 2026
52
22:48 / 07 Yanvar 2026
39
22:45 / 07 Yanvar 2026
492
22:38 / 07 Yanvar 2026
54
22:33 / 07 Yanvar 2026
37
22:12 / 07 Yanvar 2026
46
22:00 / 07 Yanvar 2026
384
21:55 / 07 Yanvar 2026
74
21:52 / 07 Yanvar 2026
80
21:49 / 07 Yanvar 2026
49
21:46 / 07 Yanvar 2026
52
21:39 / 07 Yanvar 2026
47
21:28 / 07 Yanvar 2026
72
21:18 / 07 Yanvar 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.