Medvedev: İran bu qarşıdurmadan sağ çıxacaq
02 Mart 2026, 22:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
524
05.01.2026, 18:37
Bu günlərdə həbsdəki iş adamı Adnan Əhmədzadə haqda yayılan bir məlumat diqqət çəkir. Hətta bəzi şübhələrə yol açır. Həmin məlumatda onun sərvətinin dəyəri açıqlanıb.
“Telegraf”- ın xarici KİV-ə istinadla paylaşdığı xəbərdə həbsdəki iş adamının sərvətinin 10-12 milyon dollar olduğu göstərilir.
Məlumata görə, bu sərvətin başlanğıc nöqtəsi onun SOCAR-ın reklam və maliyyə əməliyyatları bölməsindəki keçmiş rolu ilə sıx bağlıdır.
Qeyd olunur ki, Adnan Əhmədzadənin xalis sərvəti ictimaiyyətə açıqlanmayıb, çünki iş adamı maliyyəsi ilə bağlı detalları gizli saxlamağı bacarıb.
Bundan başqa, Adnan Əhmədzadənin biznes layihələrinin geniş sahələri əhatə etdiyi və hər birinin onun təsirli sərvətinə əhəmiyyətli dərəcədə töhfə verdiyi məlumatda qeyd olunub.
Ötəri hesablama zamanı reallığın tamamilə başqa olduğu üzə çıxır. “Globalinfo”nun əldə etdiyi bəzi detallara görə, Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadənin varidatı daha böyük rəqəmlərə dayanır.
Həmçinin oxuyun
Varidatı 10-12 milyon göstərilən A.Əhmədzadənin təkcə dünya futbol ulduzu Leonel Messini Bakıya gətirmək üçün ən az 4-5 milyon dollarından keçdiyi haqda məlumatlar var. Messi kimi bir idman nəhəngini uzaq ölkəyə gətirmək olduqca bahalı layihədir. Belə ulduzlar milyonlarla dollar qonorara bu səfərlərə gedir. Belə çıxır, Adnan Əhmədzadə varidatının yarısını Messinin Bakıya səfərinə xərcləyib? Buna yalnız sadəlövh insanlar inanar. Ya da reallığa bələd olmayanlar bu məlumatları inandırıcı sayar.
Gerçək isə əksər vaxtlar ictimaiyyətdən gizlədilir, ya da manipulyasiya edilir. Saytımızın araşdırması zamana üzə çıxan məlumata görə, 10-12 milyonluq məlumat A.Əhmədzadənin yaxın çevrəsi tərəfindən onun göstərişi əsasında ortaya atılıb. Bunu xarici media üzərindən yaymaqda məqsəd iş adamını o qədər böyük imkanlara sahib olmayan biri kimi təqdim etməkdir. Dövlətə vurduğu ziyanı ödəməli olsa, sərvətinin böyük hissəsini əldə saxlamaq məqsədi də daşıya bilər.
Onun bir neçə yaxtasının, xaricdəki 2-3 villasının qiyməti elə 10 milyonu keçir. Digər əmlakları, yatırımları, müxtəlif ölkələrdəki biznes şəbəkəsi və s. barədə indiyədək yerli və xarici KİV-də yayılan məlumatlar deməyə əsas verir ki, Əhmədzadə çox böyük sərvətə malikdir. Mənbəmizin iddiasına görə, əslində Adnanın malik olduğu sərvət 10-12 milyard dollarla ölçülür.
“Globalinfo” bir müddət öncə Adnan Əhmədzadənin məşhur yaxtasının İspaniyanın Barselona şəhərində peyda olduğu haqda xəbər hazırlamışdı. İş adamının Dubaydakı süni adada “eskort qadın mafiyası” yaratdığı və onlardan öz cinayətləri üçün istifadə etdiyi barədə də məlumatlar oxuculara yaxşı tanışdır.
Xatırladaq ki, Adnan Əhmədzadənin həbsi SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə sabiq vitse-prezidentinin müavini kimi fəaliyyəti zamanı külli miqdarda mənimsəmə və israf etmə (Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi) və təxribat (282-ci maddə) ittihamları əsasında baş verib. Onun barəsində ötən ilin sentyabr ayında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
02:07 / 03 Mart 2026
114
01:47 / 03 Mart 2026
258
00:23 / 03 Mart 2026
100
00:20 / 03 Mart 2026
107
00:14 / 03 Mart 2026
111
23:59 / 02 Mart 2026
127
23:40 / 02 Mart 2026
2792
23:37 / 02 Mart 2026
103
22:59 / 02 Mart 2026
115
22:48 / 02 Mart 2026
303
22:38 / 02 Mart 2026
103
22:19 / 02 Mart 2026
103
22:06 / 02 Mart 2026
111
21:42 / 02 Mart 2026
138
21:32 / 02 Mart 2026
122
21:19 / 02 Mart 2026
1352
21:12 / 02 Mart 2026
1530
21:09 / 02 Mart 2026
138
20:54 / 02 Mart 2026
156
20:40 / 02 Mart 2026
113
20:38 / 02 Mart 2026
412
20:33 / 02 Mart 2026
155
20:17 / 02 Mart 2026
1884
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.