Hikmət Hacıyev: Biz Tramp administrasiyasının tam dəstəyinə malikik
02 Yanvar 2026, 11:29
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
426
02.01.2026, 10:55
Müstəqilliyimizin 3 şəhid generalından biri: Xalq məhəbbətinin təcəssümü.
Bizim komandirimiz dövlətin şücaətə görə ona verdiyi evi şəhid ailəsinə bağışlamışdı (vacib bir postu azad etmişdi). Daim əsgərinin yanında olan, əsgərinin haqqını qoruyan zabit idi. Biz dağa, maşın qalxmayan yerlərə un, qida, odun daşıyanda o da çiyinlərində yük bizimlə bərabər dağa qalxırdı. Həmin zaman polkovnik idi. İndi Azərbaycan sizsiz, komandir!(Əsgər Nicat Həşimzadənin xatirələri)
Oxu24.com xəbər verir ki, bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Yaşasaydı bu gün doğmaları, əzizləri onun ətrafına toplaşar, doğum gününü qeyd edərdilər. Amma cənab general Vətənə xidmətini, yaşamını Vətən uğrunda şəhid olmaqla davam etdirməyi üstün tutdu.Buna görə nə Vətən onu unudur, nə vətəndaşlar ona sevgisini əskildir.
Beləliklə, 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində dünyaya gələn o körpənin nə vaxtsa bütün Azərbaycan xalqının qürur yeri, fəxr ünvanı olacağını heç doğma anası Səmayə xala da bilmirdi. Polad 6 aylıq olanda ailəliklə Sumqayıt şəhərinə köçmüşlər. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli sonra isə 34 nömrəli məktəbdə alıb. Polad Həşimov Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib.
Qeyd edək ki, atası Alüminium zavodunda mühəndis, anası da həmin zavodda fəhlə işləyiblər. Bir müddət sonra anası işləməyib. Poladgil ailədə dörd övlad olublar; iki oğlan, iki qız. Övladların dördü də ali təhsil alıb.
Polad Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdi. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunur.
2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılır.Həşimov, 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb.
2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilir.
Həşimov daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunur. General-mayor 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur. Bununla da, Polad Həşimov İsmət Qayıbov və Məhəmməd Əsədovdan sonra, 1988-ci ildən etibarən başlayan Qarabağ müharibəsində şəhid olan üçüncü Azərbaycan generalı oldu.
Həmçinin oxuyun
İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirildi. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olundu. 9 dekabr 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Milli Qəhrəman adı verildi.
O, ailəli idi, 2 oğul və 1 qız atası idi .
2021-ci ildə “Metro City” ticarət mərkəzində yanğın zamanı obyekt sahiblərindən biri dükanda yanan mallarını yox, mağazanın ön hissəsində yerləşən şəhid general-mayorun şəkli olan plakatı yanğından xilas edir. Həmin anın görüntüləri sosial şəbəkələrdə yayılmışdı.
Xalq məhəbbəti şəhid generala olan böyük sevgi və rəğbətini biruzə verib. Elə ona həsr edilən kitablar da bu sevginin təsdiqidir.
1. 2020-ci ildə “General Polad Həşimov xatirələrdə” kitabı “Hədəf Nəşrləri”nin “Xatirə ədəbiyyatı” silsiləsində işıq üzü görüb. Nəşriyyatın təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq açıqlamasında deyib: ““General Polad Həşimov xatirələrdə” kitabı mənim və “Hədəf Nəşrləri” komandasının mənəvi narahatlığının nəticəsində ərsəyə gəldi.
2. 2020-ci ildə "Polad generalımız" adlı kitabın işıq üzü görməsini isə “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu bildirdi.
3. 2020-ci ildə “Qarabağ müharibəsinin ilk qalib generalı” adlı ktab işıq üzü gördü. “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin layihəsi əsasında “Elm və Təhsil” nəşriyyatında dərc olunan kitabda generalın xatirəsinə həsr olunan müsabiqədə qalib gəlmiş yazılar, eyni zamanda dövrü mətbuatda yayımlanan şeir, hekayə, esse, məqalə və müsahibələr toplanıb.
4. 2021-ci ildə “Milli Qəhrəman Polad Həşimov”kitabı müəllif Xudiyev Hikmət Cəmil oğlu tərəfindən işıq üzü gördü.
5. 2021-ci ildə "Polad necə bərkidi" kitabı yazar İlqar Kamil oxucu kütləsinə yetişdi.
6. 2025-ci ildə Etibar Həsənzadə "Zəfərlərə Doğru" kitabını General Polad Həşimovun ev muzeyinə hədiyyə etdi. Kitabda Polad Həşimov haqqında geniş məlumat, "General Gəlir" və "Əfsanə General" poemalarına yer alıb.
Əslində siyahını uzatmaq da olar. Amma burda bitiririk. Çünki bilirik ki, 100, 1000 illər keçəcək, amma Cavanşir kimi, Babək kimi, Şah İsmayıl Xətai kimi, Cavad xan kimi Polad Həşimov da xalqın yaddaşından heç vaxt silinməyəcək! Hələ, eee nə qədər kitablar qəhrəman generalımıza həsr olunacaq.
Yaddan çıxmamaq, unudulmamaq isə, yaşamaq deməkdir! Yaşa generalım, yaşa!
Əntiqə Rəşid
12:58 / 02 Yanvar 2026
24
12:57 / 02 Yanvar 2026
16
12:53 / 02 Yanvar 2026
42
12:45 / 02 Yanvar 2026
27
12:35 / 02 Yanvar 2026
46
12:35 / 02 Yanvar 2026
31
12:29 / 02 Yanvar 2026
92
12:26 / 02 Yanvar 2026
43
12:22 / 02 Yanvar 2026
48
12:03 / 02 Yanvar 2026
34
11:40 / 02 Yanvar 2026
70
11:29 / 02 Yanvar 2026
74
11:20 / 02 Yanvar 2026
70
11:05 / 02 Yanvar 2026
511
10:31 / 02 Yanvar 2026
127
10:21 / 02 Yanvar 2026
630
10:18 / 02 Yanvar 2026
64
09:59 / 02 Yanvar 2026
65
09:55 / 02 Yanvar 2026
66
09:43 / 02 Yanvar 2026
151
09:31 / 02 Yanvar 2026
80
09:19 / 02 Yanvar 2026
63
09:10 / 02 Yanvar 2026
873
09:07 / 02 Yanvar 2026
426
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.