Sahil Babayev AÇIQLADI: 42-43 faizə enəcək
27 May 2026, 08:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1673
25.09.2025, 20:31
Nazirlər Kabineti "Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti əmsalından qismən istifadə edildikdə, torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, həmin hissədə tikililərin inşası üçün yol verilən həddin hesablanması Qaydası"nın təsdiq edilməsi haqqında qərar qəbul edib.
Oxu24.com xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, Qayda Torpaq Məcəlləsinin 13-1-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq hazırlanmışdır və kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti əmsalından qismən istifadə edildikdə, torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, həmin hissədə tikililərin inşası üçün yol verilən həddin hesablanması ilə bağlı məsələləri tənzimləyir.
Sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər inşa edilə və quraşdırıla bilər.
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililərin inşa edilməsinə və quraşdırılmasına torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçisinin və ya icarəçisinin) müraciəti əsasında Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə verilir.
Torpaq sahəsinin əsaslı tikili olmayan bir hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə bölünən torpaq sahələri 5 hektardan az olduğu halda tikililərin inşasına və quraşdırılmasına yol verilmir.
Tikinti əmsalından tam istifadə edildikdə torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, torpaq sahəsinin həmin hissəsi yenidən tikinti əmsalına cəlb edilmir.
Qaydada istifadə olunan anlayışlar normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti aparılmasına yol verilən hədd barədə məlumatlar Tikintilərin Dövlət reyestrində yerləşdirildiyi andan dərhal Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə ötürülür.
13:15 / 27 May 2026
5
13:10 / 27 May 2026
24
13:01 / 27 May 2026
50
12:58 / 27 May 2026
84
12:50 / 27 May 2026
138
12:46 / 27 May 2026
109
12:25 / 27 May 2026
59
12:10 / 27 May 2026
71
12:00 / 27 May 2026
68
11:58 / 27 May 2026
284
11:31 / 27 May 2026
1041
11:29 / 27 May 2026
210
11:23 / 27 May 2026
78
11:13 / 27 May 2026
87
11:11 / 27 May 2026
91
11:09 / 27 May 2026
82
11:02 / 27 May 2026
79
10:53 / 27 May 2026
83
10:45 / 27 May 2026
296
10:40 / 27 May 2026
98
10:35 / 27 May 2026
136
10:24 / 27 May 2026
94
10:17 / 27 May 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.