Sahil Babayev AÇIQLADI: 42-43 faizə enəcək
27 May 2026, 08:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2501
25.09.2025, 14:51
Sentyabrın 25-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun rəhbərliyi və hökumət üzvlərinin iştirakı ilə “Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2026-cı il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri”nə həsr olunmuş geniş iclas keçirilib.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən Oxu24.com-a verilən xəbərə görə, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, “2026-cı il dövlət və icmal büdcə layihələri və növbəti üç il üçün icmal büdcənin göstəriciləri və 2026-cı il və növbəti üç il üzrə sosial-iqtisadi inkişaf proqnozları” aidiyyəti qurumlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib.
Sözügedən layihələr iclasda müzakirə olunub.
İclası giriş nitqi ilə açan Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov növbəti ilin dövlət büdcəsi layihəsinin əsas göstəriciləri barədə ətraflı məlumat verib.
İclasda maliyyə naziri Sahil Babayevin “Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri haqqında”, iqtisadiyyat naziri Mikayıl Cabbarovun “Azərbaycan Respublikasının 2026-cı il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında” və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin “2026-cı il üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələri barədə” məruzələri dinlənilib.
Daha sonra Baş nazir qarşıda duran əsas vəzifələri və tapşırıqları iclas iştirakçılarının diqqətinə çatdırıb.
İclasın yekununda “Azərbaycan Respublikasının 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2026-cı il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” barədə layihələrin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul olunub.
13:15 / 27 May 2026
5
13:10 / 27 May 2026
24
13:01 / 27 May 2026
50
12:58 / 27 May 2026
84
12:50 / 27 May 2026
138
12:46 / 27 May 2026
109
12:25 / 27 May 2026
59
12:10 / 27 May 2026
71
12:00 / 27 May 2026
68
11:58 / 27 May 2026
284
11:31 / 27 May 2026
1041
11:29 / 27 May 2026
210
11:23 / 27 May 2026
78
11:13 / 27 May 2026
87
11:11 / 27 May 2026
91
11:09 / 27 May 2026
82
11:02 / 27 May 2026
79
10:53 / 27 May 2026
83
10:45 / 27 May 2026
296
10:40 / 27 May 2026
98
10:35 / 27 May 2026
136
10:24 / 27 May 2026
94
10:17 / 27 May 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.