Qaynar xətt:

(+99450) 247 90 86

Tramp üçtərəfli görüş üçün hazırlıqlara - Başladı 

news/2025_08_19/n_1755560972.jpg

SİYASƏT

638

19.08.2025, 09:40

Amerika lideri Donald Tramp Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski arasında üçtərəfli danışıqların keçiriləcəyi gözlənilən görüşünə hazırlıqlara başladığını bildirib.

Oxu24.com  xəbər verir ki, bu barədə Tramp “Truth Sosial”  hesabında yazıb.

“Mən prezident Putinə zəng vurdum və prezidentlər Putinlə Zelenski arasında keçiriləcək görüş üçün hazırlıqlara başladım. Görüşün yeri müəyyənləşdiriləcək. Həmin görüş baş tutandan sonra üçtərəfli danışıqlarımız olacaq. Bu, dörd ildir davam edən müharibənin başa çatması üçün çox yaxşı addımdır”, - deyə Tramp bildirib.Qafqazinfo