Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
526
17.05.2025, 10:59
"Biz müharibədə qalib gəldik, lakin sülh istəyirik".
Oxu24.com xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanla atəşkəslə nəticələnən hərbi qarşıdurma barədə danışarkən deyib.
Hindistana qarşı əməliyyatın uğurunu qeyd edən baş nazir sülhün tərəfdarı olduğunu vurğulayıb:
"Düşmənimizə dərs verdik, lakin təcavüzü pisləyirik. Bu regionun da digər bölgələlər kimi firavan və mütərəqqi olmasını istəyirik. Bu, ancaq gərgin əmək, yorulmaz səy və sülhsevər qonşular kimi yaşamaqla mümkün ola bilər".
Şahbaz Şərif Kəşmir məsələsinin həllinin bölgədə davamlı sülh üçün vacib olduğunu vurğulayıb:
"Biz üç müharibə apardıq, lakin heç nə qazana bilmədik. İndi Pakistan və qonşuları bir araya gələrək, sülhsevər qonşular kimi hərəkət etməli və illərdir davam edən problemləri aradan qaldırlamlıdır".
Həmçinin oxuyun
Baş nazir Hindistan "qırmızı xətt"i keçdiyini, Pakistanın beynəlxalq araşdırma təklifini rədd etdiyini vurğulayıb. O, vurğulayıb ki, buna görə də mayın 9-dan 10-na keçən gecə komandanları ilə danışıqlarda qarşı tərəfə "lazımi cavab" vermək barədə qərar qəbul ediblər.
Şərif bildirib ki, həmin gecə yerli vaxtla saat 02:30 radələrində Baş Qərargah rəisi ona Hindistanın Pakistana ballistik raket hücumu təşkil etdiyini bildirib: "Mənə dedi ki, cənab Baş nazir, düşmənə elə cavab verək ki, onlar bunu heç vaxt unutmasınlar".
Baş nazir Pakistanın həmin gecə qisas aldığını və sonra cəbhənin o biri tərəfindən atəşkəs çağırışı gəldiyini deyib:
"Baş Qərargah rəisi mənə "layiqli cavab verdik, indi atəşkəs üçün yalvarırlar" dedi. Cavab verdim ki, düşmənin başını ağrıdan və onları atəşkəsi qəbul etməyə məcbur edən zərbədən böyük nə ola bilər? Təklifi qəbul edin". /Report
01:21 / 14 Dekabr 2025
6
00:52 / 14 Dekabr 2025
159
00:43 / 14 Dekabr 2025
19
00:04 / 14 Dekabr 2025
66
23:47 / 13 Dekabr 2025
604
23:44 / 13 Dekabr 2025
34
23:30 / 13 Dekabr 2025
46
22:45 / 13 Dekabr 2025
286
22:30 / 13 Dekabr 2025
92
22:28 / 13 Dekabr 2025
104
22:22 / 13 Dekabr 2025
111
22:11 / 13 Dekabr 2025
230
21:58 / 13 Dekabr 2025
387
21:34 / 13 Dekabr 2025
1001
21:21 / 13 Dekabr 2025
80
21:19 / 13 Dekabr 2025
105
21:15 / 13 Dekabr 2025
76
21:02 / 13 Dekabr 2025
71
20:49 / 13 Dekabr 2025
371
20:44 / 13 Dekabr 2025
91
20:36 / 13 Dekabr 2025
79
20:26 / 13 Dekabr 2025
76
20:01 / 13 Dekabr 2025
281
19:53 / 13 Dekabr 2025
96
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.