Paşinyan niyə indi bu açıqlamanı verdi? — "Bu, Bakıya mesaj deyil.."
19 Noyabr 2026, 16:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2702
14.03.2025, 20:22
Rusiya XİN Azərbaycanla bağlı bəyanat yayıb.
Rusiya Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqların başa çatdırılmasını alqışlayır.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, rəsmi Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci imzalanmış üçtərəfli normallaşmalarda nəzərdə tutulduğu kimi, Ermənistan-Azərbaycan münasibətlərinin tam və hərtərəfli normallaşmasına nail olmaq üçün bu mühüm addımı dəstəkləyir.
“Biz sülh prosesinin daha da irəliləyişinə və Bakı ilə İrəvan arasında qalan məsələlərin, o cümlədən sülh sazişinin imzalanması üçün zəruri olan məsələlərin, o cümlədən nəqliyyat kommunikasiyalarının açılması, ümumi sərhədin delimitasiyası və humanitar məsələlərin tərəfdaşlar üçün məqbul olan həddə və formada həllinə hər cür kömək göstərməyi hədəfləyirik. Rusiya xarici işlər nazirinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi İqor Xovayev müvafiq məsləhətləşmələr aparmaq üçün Bakı və İrəvana səfər etməyə hazırdır.
Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələlərinin bütün spektri üzrə Azərbaycan və Ermənistan nümayəndələri arasında təmaslar, habelə sülh müqaviləsinin imzalanması üçün Rusiya meydançasını təqdim etmək təklifimizi təsdiq edirik”, - deyə Rusiya XİN sözçüsü vurğulayıb.
16:51 / 19 Noyabr 2026
25
16:50 / 19 Noyabr 2026
36
16:48 / 19 Noyabr 2026
35
16:35 / 19 Noyabr 2026
74
16:29 / 19 Noyabr 2026
74
16:24 / 19 Noyabr 2026
77
16:18 / 19 Noyabr 2026
102
16:15 / 19 Noyabr 2026
222
16:12 / 19 Noyabr 2026
70
16:10 / 19 Noyabr 2026
105
16:08 / 19 Noyabr 2026
87
16:02 / 19 Noyabr 2026
103
15:59 / 19 Noyabr 2026
106
15:56 / 19 Noyabr 2026
682
15:54 / 19 Noyabr 2026
115
15:47 / 19 Noyabr 2026
157
15:45 / 19 Noyabr 2026
82
15:41 / 19 Noyabr 2026
113
15:33 / 19 Noyabr 2026
548
15:31 / 19 Noyabr 2026
86
15:27 / 19 Noyabr 2026
90
15:11 / 19 Noyabr 2026
89
15:11 / 19 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.