Sakinlər bu şadlıq evindən ŞİKAYƏT EDİR
01 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
1627
11.02.2026, 19:43
Azərbaycan Beynəlxalq Bankı bir müddət öncə böyük təbliğat apararaq, istifadəçilərinə onlayn qaydada sifarişlə və pulsuz olaraq təqdim etdiyi və ünvana çatdırdığı tam kartlarda növbəti dəyişiklik edib.
Oxu24.com xəbər verir ki, 2024-cü ildə ABB tam kart istifadəçilərinə ayda 15 min manata qədər köçürmə, nağdlaşdırma və digər əməliyyatlar üçün pulsuz xidmət təklif edərək, çoxsaylı istifadəçi toplaya bildi. Xidmətin üstünlükləri sırasında kartın pulsuz təqdim edilməsi, üstəlik ünvana çatdırılması da vardı. Həmçinin kart sifarişinin onlayn qaydada həyata keçirilməsi ABB tam kartını cəlbedici edirdi.
Qısa müddətdən sonra isə ABB aylıq pulsuz dövriyyəni 7 minə, bir neçə ay öncə isə artıq 3 min manata qədər məhdudlaşdırıb. Hazırda 3 min manatlıq limitdən sonra bütün nağdlaşdırma və köçürmə əməliyyatları üçün 1% tutulur, hətta karta pul yükləməyə də faiz alınır. Belə ki, tam karta pul yükləyəndə 0,5% tutulur.
Tam kartlar 5 il müddətinə deyilən şərtlər əsasında təqdim edilib. Bir ildən sonra ABB-nin şərtləri dəyişməsi və 5 il müddətinə təqdim etdiyi tam kartlarda pulsuz dövriyyəni azaltması heç də vətəndaş məmnunluğu yaratmır, əksinə, bu, vətəndaşları müxtəlif variantlarla ABB-yə cəlb etdikdən sonra onlara xəbərdarlıq etmədən və elan vermədən yeni qaydalar tətbiq etməklə istifadəçi hüquqlarının pozulması şübhəsi yaradır. Çünki bəzi istifadəçilər yeni qərarlardan xəbərsizdirlər və limiti keçməsinin fərqinə varmırlar, nəticə etibarilə bilmədən ABB-nin faiz tutulmalarına məruz qalırlar.
Bakupost
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.