"Atlant"da biabırçılıq: İstirahətə gedənlər şikayət edirlər - VİDEO
27 İyul 2025, 08:54
Qaynar xətt:
(+99450) 247 90 86Qüsurlu mal satdılar, məhkəməyə verib pulunu aldılar – “Kontakt Home” dan şikayət
ŞİKAYƏTLƏR
1372
04.06.2025, 14:43
Müştəri “Kontakt Home” mağazasından qulaqlıq alıb, məhsul istifadə olunmuş və texniki cəhətdən nasaz olub. Bu səbəblə məhsulu geri qaytaran müştəri problemlərlə üzləşib, üstəlik, onu məhkəməyə verib nasaz məhsulun pulunu alıblar!
Oxu24.com xəbər verir ki, mağazanın müştərisi Gülnar Ədalət qızı Hüseynova “Azad İstehlakçılar” İctimai Birliyinə müraciət edərək istehlakçı hüquqlarının kobud şəkildə pozulması ilə bağlı ciddi narahatlıqlarını bildirib.
Musavat.com-un məlumatına görə,Gülnar Hüseynova müraciətində yazır ki, 30.07.2022-ci il tarixində “Kontakt Home” mağazasının Azadlıq filialından 650 manata “Apple” markalı qulaqlığı kreditlə və müqavilə əsasında alıb. Məhsula 1 il zəmanət verilib.
“Bu məhsulu hədiyyə məqsədilə almışdım. Satıcılar tərəfindən məhsulun tamamilə yeni və qüsursuz olduğu bildirildi. Mən də bu məlumata əsaslanaraq məhsulu alıb, istifadə etmədən bir müddət evdə saxladım və sonra hədiyyə etdim. Lakin məlum oldu ki, məhsul istifadə olunmuş və texniki cəhətdən nasazdır. Bacım da həmin gün eyni məhsulu almış və qüsurlu olduğunu görüb qaytara bilmişdi. Bu barədə dərhal mağazaya müraciət etdim və məhsulun dəyişdirilməsini və ya geri qaytarılmasını tələb etdim.
Tələbim rədd olundu və məhsul “Servis Link” texniki xidmət mərkəzinə yönləndirildi. Orada bildirildi ki, məhsul həqiqətən qüsurludur, lakin yalnız təmir edilə bilər. Mən təmirə razı olmadım və yenisi ilə əvəzlənməsini tələb etdim. Məhsul servis mərkəzində saxlanıldı, mənə bu barədə qüsur aktı təqdim olundu. Məhsulun qutusunu, sənədləri və aksesuarları mağazaya təhvil verdim. Əgər yeni məhsul verilməyəcəksə, ödəniş etməyəcəyimi bildirərək müqaviləyə xitam verilməsini istədim. Mağaza əməkdaşları bu istəyə müsbət cavab verdilər. Bu zaman mən artıq 50 manat ödəmişdim”, - deyə şikayətçi AİB-ə təqdim etdiyi şikayətində qeyd edir.
Bildirir ki, növbəti 2 il ərzində ona mağazadan zəng edən, bildiriş göndərən olmayıb:
“Lakin 2024-cü ildə Füzuli Rayon Məhkəməsindən zəng gəldi və bildirildi ki, “Kontakt Home” məni məhkəməyə verib, iştirakım olmadan qərar çıxarılıb və borclu kimi tanınmışam.
Həmçinin oxuyun
Şirkət iddia edir ki, mənə zəng və mesaj göndərilib, lakin bu, həqiqətə uyğun deyil. Məhkəmə sənədindən ehtiyat edərək qulaqlığı geri götürmək qərarına gəldim. “Servis Link” mərkəzinə getdim və öyrəndim ki, qulaqlığın hissələri dəyişdirilib. Məhsulu götürüb mağazaya yaxınlaşdım və qutu, adapter, sənədləri tələb etdim.
Bildirildi ki, vaxt keçdiyindən heç nə saxlanılmayıb. Qulaqlığın yenidən nasaz olduğu üzə çıxdı, lakin zəmanətin bitdiyi deyildi. Təkidimlə ödənişsiz baxılmasına qərar verildi və mən bu müddətdə 30 manat da aylıq ödəniş etdim. 10 gün sonra servis mərkəzi zəng edərək bildirdi ki, təmir üçün 249 manat ödəniş tələb olunur. Mən bu ödənişi etmədim və məhsulu təmirsiz geri götürdüm. Nəticədə iş yerimə məhkəmə qərarı göndərildi və maaşımdan 109 manat tutuldu”.
Gülnar Hüseynova qeyd edir ki, aylıq 500 manat maaş alır, kirayədə yaşayır:
“Məbləğin bu şəkildə tutulması mənə ağır sosial və maliyyə zərbəsidir. Ən əsası odur ki, məhkəmə prosesi mənim xəbərim olmadan keçirilib. Bu, Konstitusiya ilə təmin olunmuş müdafiə hüququmun pozulmasıdır.
Tələb edirəm ki, mənə qarşı çıxarılan məhkəmə qərarının ləğvi üçün prokurorluq hərəkətə keçsin. Ödədiyim bütün məbləğlərin ilkin ödəniş, aylıq ödənişlər və əməkhaqqımdan tutulan vəsaitin tam şəkildə geri qaytarılması təmin olunsun. Qüsurlu məhsul geri götürülsün və məsuliyyət “Kontakt Home” tərəfindən üzərinə götürülsün”.
Məsələ ilə bağlı “Kontakt Home” rəsmilərini dinləməyə hazırıq.
00:07 / 04 Avqust 2025
Vətən müharibəsi iştirakçısı Kanadada vəfat etdi
41
23:57 / 03 Avqust 2025
Xaçmazda meşədə yanğın olub - YENİLƏNİB
78
23:50 / 03 Avqust 2025
Ən təhlükəli il gəlir... - Məşhur kahinin proqnozları gündəm oldu
40
23:40 / 03 Avqust 2025
Günəşdə güclü partlayış oldu
40
22:03 / 03 Avqust 2025
Suya borcu olanlara şad xəbər!
38
19:00 / 03 Avqust 2025
Gədəbəydə avtomobil dərəyə aşdı - 2 nəfər öldü, 2 nəfər yaralandı
62
19:00 / 03 Avqust 2025
Bu qızı görənlər dərhal polisi yığsın
57
17:30 / 03 Avqust 2025
Şəmkirdə qadını ilan sancdı
152
16:38 / 03 Avqust 2025
Kadırov oğluna uduzdu - VİDEO
240
16:18 / 03 Avqust 2025
“Sea Breeze”dəki kazinoya onlar buraxılmayacaq! - Ağalarov açıqladı
246
14:27 / 03 Avqust 2025
Elçin Əfəndiyev dünyasını dəyişdi
268
13:19 / 03 Avqust 2025
Bakı metrosunda gənc qızla oğlandan BİABIRÇI hərəkət - VİDEO
103
12:55 / 03 Avqust 2025
Azərbaycanda ata 5 yaşlı qızına “Lamborghini” ALDI - VİDEO
120
12:25 / 03 Avqust 2025
Messi zədələndi
96
12:01 / 03 Avqust 2025
Sənədsiz evi olanların NƏZƏRİNƏ: hara müraciət edilmədir?
91
11:01 / 03 Avqust 2025
Rusiyada sunami xəbərdarlığı edildi
246
10:02 / 03 Avqust 2025
Şəhid atası vəfat etdi
121
23:40 / 02 Avqust 2025
21 yaşlı qızı maşın vurub öldürdü
143
23:22 / 02 Avqust 2025
Bu saatlarda qarpız yemək olmaz
179
23:03 / 02 Avqust 2025
"İmtahanlar saxtalaşdırıldı, övladımın haqqı tapdalandı"
168
21:45 / 02 Avqust 2025
Azərbaycanda tur rəhbəri dağlıq ərazidə yıxılıb öldü - FOTO
160
20:08 / 02 Avqust 2025
“Formula 1”ə hazırlıq məqsədilə marşallar üçün təlimlər keçirilib - FOTO
163
19:20 / 02 Avqust 2025
ChatGPT sayəsində 1 aya 20 minlik borcunu bağladı
158
19:03 / 02 Avqust 2025
Kür çayında 16 yaşlı yeniyetmə boğuldu
164
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.