Əmək pensiyaları ilə bağlı RƏSMİ XƏBƏR
24 Noyabr 2026, 10:40
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
568
13.11.2023, 18:35
“Bəzi sürücülər hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasını nəzərə almadan avtomobillərini bu və ya digər səbəbdən yolun hərəkət hissəsində saxlamaqla özləri ilə yanaşı, digər hərəkət iştirakçılarını da təhlükəyə atdıqlarının fərqinə varmırlar”.
Oxu24.com xəbər verir ki, bu barədə Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin təhlili sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsinin bir sıra hallarda daha ağır faciələrə səbəb olduğunu göstərir: “
Yol-nəqliyyat hadisəsində, eləcə də nəqliyyat vasitəsi sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayanarkən və durarkən sürücülərin yerinə yetirməli olduqları vəzifələr qanunvericilikdə göstərilib.
Bəzi sürücülər hava və yol şəraitini, nəqliyyatın hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq olmasını nəzərə almadan avtomobillərini bu və ya digər səbəbdən yolun hərəkət hissəsində saxlamaqla, özləri ilə yanaşı digər hərəkət iştirakçılarını da təhlükəyə atdıqlarının fərqinə varmırlar”.
Sürücü baş vermiş qəzanın daha bir xoşagəlməz hadisəyə səbəb olmaması üçün təhlükəsizlik tədbirləri görməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, yaxud yanıb-sönən qırmızı işıq fənərini qoymalı, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda isə hadisəni sənədləşdirməyə imkan verən qeydlər aparmaqla yolun hərəkət hissəsini boşaltmalıdır: “Eləcə də nəqliyyat vasitəsi sıradan çıxdıqda, sürücü onu yolun hərəkət hissəsindən tamamilə kənara, bu mümkün olmadıqda isə səkinin yanına, yaxud yol çiyninə çəkərək hərəkət hissəsinin kənarına paralel yerləşdirməli, qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı, yalnız bundan sonra texniki yardım istəməlidir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır faciələrin yaşandığını diqqətə çatdırır və bir daha sürücülərə müraciət edərək onlardan qanunla tələb olunan qaydalara əməl etməyi, özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağı xahiş edir”.
21:43 / 29 Noyabr 2026
18
21:23 / 29 Noyabr 2026
63
20:46 / 29 Noyabr 2026
92
20:26 / 29 Noyabr 2026
108
20:26 / 29 Noyabr 2026
109
19:50 / 29 Noyabr 2026
120
19:27 / 29 Noyabr 2026
120
19:13 / 29 Noyabr 2026
137
19:01 / 29 Noyabr 2026
125
18:58 / 29 Noyabr 2026
370
18:45 / 29 Noyabr 2026
139
18:29 / 29 Noyabr 2026
133
18:15 / 29 Noyabr 2026
160
15:24 / 29 Noyabr 2026
190
12:43 / 29 Noyabr 2026
436
12:03 / 29 Noyabr 2026
199
12:00 / 29 Noyabr 2026
258
11:33 / 29 Noyabr 2026
211
10:55 / 29 Noyabr 2026
243
10:25 / 29 Noyabr 2026
388
10:24 / 29 Noyabr 2026
814
10:00 / 29 Noyabr 2026
449
09:58 / 29 Noyabr 2026
225
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.