Tualetə getməyin qadağan olunduğu idarədə daha bir xanım əməkdaş İŞİNDƏN ÇIXARILDI
04 Mart 2026, 11:16
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
944
30.12.2025, 14:11
Dekabrın 28-də Azərbaycan Kino Akademiyasının kino və TV sahəsində “Qızıl Pəri”-2025 peşə mükafatlarının təqdim olunması mərasimi keçirilib. Ötən illər ərzində yaradılmış kino və TV ustalarının müxtəlif janrlardakı film və verilişlərinin qalib müəlliflərinə eyniadlı mükafatlar təqdim edilib. Azərbaycan milli televiziyasının inkişafına verdiyi töhfələrə görə tanınmış jurnalist və teletənqidçi, professor Qulu Məhərrəmli “Qızıl Pəri” mükafatına layiq görülmüşdür.
Qulu Məhərrəmli BDU-nun jurnalistika fakültəsini bitirdiyi ildən (1978) Azərbaycan televiziyasında reportyor kimi fəaliyyətə başlayıb. Müxtəlif redaksiyalarda çalışıb, kiçik redaktorluqdan siyasi icmalçılığa, baş redaktorluq və departament direktorluğuna qədər müxtəlif vəzifələrdə çalışıb.
1991-ci ildən xəbər aparıcısı kimi müntəzəm olaraq efirə çıxıb. Daha çox həftəlik “7 gün” analitik-informasiya proqramının (1993-1995) aparıcısı kimi məşhurlaşıb. “Təfsilat” və “Gerçəklik” müəllif proqramları ilə ekran publisistikamızın inkişafına ciddi töhfələr verib.
1995-ci ildən efirə çıxan “Səhər” proqramına uzun illər (1995-2007) rəhbərlik edib. 2007-ci ilin aprelində Azərbaycan televiziyasının "Müəllif proqramları və xüsusi layihələr" departamentinin direktoru təyin olunub.
2007-20014-cü illərdə Xəzər TV-nin siyasi icmalçısı və baş məsləhətçisi olub. Bu kanalda “Dost məclisi” və “Gündəm” proqramlarını aparıb. 2016-cı ildən isə GünAz TV peyk kanalında “Mətbuat aynasında” proqramını təqdim edib. Hazırda rəhbərlik etdiyi PresKlub TV yutub kanalında “Mətbuat klubu” verilişini aparır.
Prof.Qulu Məhərrəmli praktik yaradıcılıqla yanaşı, teleradionun elmi-nəzəri problemləri ilə də məşğul olur. 1989-cu ildə “Radiodramaturgiya dili” mövzusunda namizədlik, 2004-cü ildə isə “Televiziya dili: funksiya və struktur” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Jurnalistika üzrə ölkədə ilk elmlər doktorudur. 40-dan çox kitabın müəllifi olan Q.Məhərrəmlinin elmi araşdırmalarında jurnalistikanın və medianın ümumi nəzəriyyəsi, televiziya və radionun tarixi, aktual elmi-nəzəri problemləri, o cümlədən ekran-efirin mürəkkəb dil sisteminin öyrənilməsi əsas yer tutur. “Televiziya haqqında etüdlər”, “Audiovizual nitq”, “Televiziya dili”, “Radio dərsləri”, “TV jurnalistikasının əsasları”, “Azərbaycan efiri: tarix və müasirlik” (prof.Y.Əlizadə ilə), “Televiziya dili və televiziya nitqi” kimi monoqrafiya, dərslik və dərs vəsitləri məhz onun qələminin məhsuludur. Q.Məhərrəmli 20-ə yaxın sənədli filmin ssenari müəllifidir.
1998-ci ildən BDU-nun "Televiziya və radio jurnalistikası" kafedrasında çalışan prof. Qulu Məhərrəmli hazırda Multimedia və elektron kommunikasiya adlanan həmin kafedraya rəhbərlik edir və teleradio sahəsi üçün ixtisaslı kadrların hazırlanması işinə öz töhfələrini verir.
Ustad jurnalisti layiq görüldüyü “Qızıl Pəri” peşə mükafatı münasibətilə təbrik edirik.
Həmçinin oxuyun
00:58 / 12 Mart 2026
158
00:38 / 12 Mart 2026
164
00:25 / 12 Mart 2026
108
00:02 / 12 Mart 2026
81
23:56 / 11 Mart 2026
1106
23:53 / 11 Mart 2026
232
23:49 / 11 Mart 2026
191
23:49 / 11 Mart 2026
66
23:41 / 11 Mart 2026
65
23:40 / 11 Mart 2026
77
23:34 / 11 Mart 2026
88
23:32 / 11 Mart 2026
71
23:30 / 11 Mart 2026
111
23:20 / 11 Mart 2026
57
23:15 / 11 Mart 2026
1382
23:11 / 11 Mart 2026
198
23:05 / 11 Mart 2026
298
22:55 / 11 Mart 2026
72
22:53 / 11 Mart 2026
150
22:53 / 11 Mart 2026
213
22:42 / 11 Mart 2026
75
22:40 / 11 Mart 2026
77
22:35 / 11 Mart 2026
1173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.