16 mayda bizi nələr GÖZLƏYİR? — ULDUZ FALI
15 May 2026, 23:15
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
6290
30.12.2025, 13:38
"2024-cü ildə respublika üzrə ortaaylıq əməkhaqqı 8.1 faiz artmışdırsa, bu ilin ilk 10 ayında artım 9.4 faiz olub. 2025-ci ilin yekununda nominal ortaaylıq əməkhaqqının 9.2 faiz artacağı gözlənilir".
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, gələn aydan etibarən artıq bütün növ pensiyaların indeksləşdirilərək artırılması baş verəcək:
"9.2 faiz artırılacağı gözlənilən pensiya artımları 1 milyon 100 mindən çox vətəndaşımıza şamil olunaraq yanvar ayından hesablanacaq. Bu bütün növ əmək pensiyalarını, o cümlədən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları alan bütün vətəndaşlarımıza şamil olunacaq. Bu o deməkdir ki, 500 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində gələn aydan 46 manat artım olacaq. Nəticədə, 2026-cı ildə Azərbaycanda orta aylıq pensiyanın təxminən 590 manat olacağı proqnozlaşdırılır, yaşa görə orta pensiya isə 629 manata çatacaq və bu məbləğ 2025-ci illə müqayisədə 7.9%-dən çox artım deməkdir.
Ehtiyac meyarının 300 manata çatıdırlması isə gələn ildən ünvanlı sosial yardım almağa başlayacaq vətəndaşlarımızın sosial yardım məbləğinin artmasına səbəb olacaq. İlkin qiymətləndirmələrə görə, 900 manat gəlirli 5 nəfərlik ailə, əvvəl aldığı təxminən 525 manat əvəzinə, yeni ehtiyac meyarının tətbiqi ilə orta hesabla 600 manat yardım alacaq. Bu isə təbii ki, daha çox ehtiyaca malik olan ailələrin daha yaxından dəstəklənməsi deməkdir".
00:49 / 16 May 2026
1
00:37 / 16 May 2026
23
00:00 / 16 May 2026
53
23:36 / 15 May 2026
112
23:31 / 15 May 2026
58
23:27 / 15 May 2026
58
23:25 / 15 May 2026
61
23:22 / 15 May 2026
61
23:20 / 15 May 2026
147
23:19 / 15 May 2026
141
23:19 / 15 May 2026
186
23:15 / 15 May 2026
91
23:09 / 15 May 2026
73
23:08 / 15 May 2026
61
23:04 / 15 May 2026
63
22:50 / 15 May 2026
62
22:44 / 15 May 2026
198
22:33 / 15 May 2026
187
22:24 / 15 May 2026
251
22:01 / 15 May 2026
425
21:31 / 15 May 2026
109
21:21 / 15 May 2026
166
21:10 / 15 May 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.