Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda polislərin qətlə yetirildiyi insidentlə bağlı şok detallar: Anasından girov kimi istifadə edib

Bakıda polislərin qətlə yetirildiyi insidentlə bağlı şok detallar: Anasından girov kimi istifadə edib

REDAKTORUN SEÇİMİ

395

24.06.2024, 20:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verən silahlı insidentlə bağlı yeni detallar məlum olub.

 

Oxu24.com  axar.az-a istinadən xəbər evrir ki, əməliyyat zamanı Rövşən Allahverdiyev anasının arxasında gizlənib və "Lancaster" ov tüfəngini onun çiyninə qoyaraq, polisləri nişan alıb.

 

Polis əməkdaşları cinayətkarın ailəsi və anasının xəsarət alma ehtimalını nəzərə alaraq, silahları yerə qoyub və öz anasından girov kimi istifadə edən R.Allahverdiyevlə danışmağa cəhd göstəriblər. R.Allahverdiyev isə bu məqamdan istifadə edərək, silahlarını artıq yerə qoyan polislərə atəş açıb və onları qətlə yetirib.

 

Yalnız ailəsi və anası təhlükəsizlikdə olandan sonra digər polis əməkdaşları R.Allahverdiyevi məhv ediblər.