Əmək pensiyaları ilə bağlı RƏSMİ XƏBƏR
24 Noyabr 2026, 10:40
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1321
22.06.2024, 13:50
Bakıda sevgilisinə ağır işgəncələr verən, ona qarşı alçaldıcı hərəkətlər edərək videoya çəkən gənc oğlan həbs edilib.
Oxu24.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Neftçala rayon sakini olan 2003-cü il təvəllüdlü Əli Məmmədov Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4, 133.2.6 və 150.2.4-cü maddələri ilə məsuliyyətə cəlb edilib.
Məlum olub ki, Əli Məmmədov TikTok sosial şəbəkəsində Sumqayıt şəhər sakini olan Aysu (şərti adlı) ilə tanış olub və aralarında sevgi münasibəti yaranıb.
Bir müddət sonra Aysunun hamilə olması məlum olub. Lakin daha sonra onların münasibəti pozulub. Ə.Məmmədov qısqanclıq zəminində sevgilisini cəzalandırmaq qərarına gəlib. O, xanımı dostunun evinə apararaq orada amansızlıqla döyüb, başından, ağzından, sifətindən və digər nahiyələrindən ağır xəsarətlər yetirib. Qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən və bunu videoya çəkən Əli daha sonra onu başqa evə apararaq 4 gün müddətində orada saxlayıb.
Burada da Aysunu dəfələrlə döyərək xəsarətlər yetirib. Həmçinin hamama salaraq alçaldıcı hərəkətlərlə qadını təhqir edib və etdiyini lentə alıb.
5 gün müddətində qızından xəbər ala bilməyən Aysunun anası polisə müraciət etdikdən sonra onların yeri müəyyən edilib və Əli Məmmədov saxlanılıb. Onun telefonundan qıza qarşı etdiyi hərəkətləri əks etdirən 4 video aşkar edilərək istintaq materiallarına daxil edilib.
Ə.Məmmədovun zorakılığı nəticəsində Aysu bətnindəki övladını da itirib.
Bir müddət əvvəl cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Məhkəmənin ötən həftə çıxardığı hökmlə Ə.Məmmədov Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4, 133.2.6 və 150.2.4-cü maddələri (əzab vermə - hamilə və köməksiz vəziyyətdə olan şəxsə qarşı işgəncə verməklə törədildikdə, xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri) ilə təqsirli bilinib. Ə.Məmmədova 7 il həbs cəzası verilib.
Qeyd edək ki, Ə.Məmmədov 2022-ci ildə də ağır cinayət törədibmiş. Həmin vaxt Cinayət Məcəlləsinin 126.1-ci, yəni qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə təqsirli bilinən gənc ilk dəfə cinayət törətməsi, yaşı və digər hallar nəzərə alınmaqla sınaq müddəti verilməklə şərti cəza alıbmış.
00:31 / 25 Noyabr 2026
37
00:17 / 25 Noyabr 2026
63
23:55 / 24 Noyabr 2026
95
23:48 / 24 Noyabr 2026
68
23:34 / 24 Noyabr 2026
89
23:33 / 24 Noyabr 2026
110
23:28 / 24 Noyabr 2026
90
23:22 / 24 Noyabr 2026
86
23:15 / 24 Noyabr 2026
90
23:03 / 24 Noyabr 2026
191
23:00 / 24 Noyabr 2026
177
22:54 / 24 Noyabr 2026
776
22:44 / 24 Noyabr 2026
98
22:22 / 24 Noyabr 2026
970
22:16 / 24 Noyabr 2026
133
22:09 / 24 Noyabr 2026
116
22:07 / 24 Noyabr 2026
118
21:54 / 24 Noyabr 2026
222
21:36 / 24 Noyabr 2026
125
21:32 / 24 Noyabr 2026
244
21:26 / 24 Noyabr 2026
116
21:20 / 24 Noyabr 2026
130
21:18 / 24 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.